Icma.az
close
up
RU
May ayında bahalaşacaq və ucuzlaşacaq məhsullar SİYAHI

May ayında bahalaşacaq və ucuzlaşacaq məhsullar SİYAHI

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Aprelin sonu, mayın əvvəli Azərbaycanda kənd təsərrüfatı üçün keçid dövrüdür. Bu vaxta qədər bazarda əsasən istixana və ya idxal məhsulları olurdu. İstixana məhsullarına çəkilən xərc, qazı, işığı, dərmana görə daha çoxdur. İdxal məhsullarının qiymətinə isə gömrük və logistik xərclər təsir edir. Ona görə də qışda və erkən yazda pomidor, xiyar, bibər baha olur”.
Bunu bəzi ərzaq qiymətlərində gözlənilən dəyişikliklə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O, əlavə edib ki, may ayından etibarən açıq sahədə məhsul yetişir:
“Cəlilabad, Masallı, Sabirabad, Salyan tərəfdə tarlada kartof, pomidor, xiyar, badımcan, bibər yığımı başlayır. Açıq sahənin maya dəyəri istixanadan 3-4 dəfə ucuzdur. Fermerə bircə su və yığım pulu lazımdır. Məhsul çoxalır, bazara tonlarla mal çıxacaq. Təklif çoxalanda qiymət düşür. Üstəlik bu dövrdə idxal dayanır, çünki yerli mal idxaldan ucuz olur. Nəticədə pomidor 3-4 manatdan 1-1.5 manata, xiyar 2.5-3 manatdan 0.8-1.2 manata, kartof 1.5 manatdan 60-70 qəpiyə enir. Badımcan, bibər də eyni qayda ilə ucuzlaşır.
Alça və yaşıl lobya da mövsümi məhsuldur. Alça aprelin axırı mayın əvvəlində çıxır. İlk 10 gün baha olur, 4-5 manata satılır. Amma mayın ortasından kütləvi yığım başlayır, 1.5-2 manata düşür. Yaşıl lobya da mayda çıxır, iyunda bol olur, qiymət 5-6 manatdan 2-3 manata enir”.
Hansı məhsulların qiyməti dəyişməyəcək?
Müsahibimiz hesab edir ki, bu mövsüm gilas, ərik, albalı, gavalı xeyli baha olacaq:
“Bu ağaclar mart-aprel aylarında çiçəkləyir. Çiçəkləmə dövrü ağacların ən zəif dövrüdür. Aprel ayında olan güclü yağış, dolu, şaxta çiçəyi tökür, tozlanmanı pozur. Çiçək tökülsə, meyvə bağlamır. Bu il aprelin ikinci yarısında aran və dağətəyi rayonlarda dolu düşdü. Quba, Xaçmaz, Şabran, İsmayıllı, Şəki zonasında çəyirdəkli meyvə bağlarına ziyan dəydi.
 

Fermerlər deyir ki, məhsuldarlığa 30-50% ziyan dəyib. Ağacda meyvə az olanda bazara da az mal çıxır. Tələb isə eynidir, hətta yayda tələb artır. Az mal, çox alıcı olanda qiymət qalxır. Ona görə də ötən il 3-4 manata olan gilas bu il 6-8 manatdan aşağı düşməyəcək. Ərik, albalı, gavalı da bahalaşacaq. İdxal da vəziyyəti xilas etməyəcək, çünki Türkiyə, İran, Özbəkistanda da bu il hava anomal keçdi, orda da məhsul azdır.


Yəni may-iyunda süfrədə tərəvəz ucuz olacaq, çünki yerli tarla məhsulu boldur. Meyvədə isə əksinə, çəyirdəkli meyvələr baha olacaq, çünki aprelin havası məhsulu vurdu. Qarpız, yemiş, üzüm kimi yay meyvələri iyul-avqustda çıxacaq. Onlara hava hələ təsir etməyib, qiyməti normal olacaq”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Aprel 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri