Maya Sandu: Moldova enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır VİDEO
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dublin, 12 noyabr, AZƏRTAC
Biz Azərbaycanla enerji təhlükəsizliyi, eləcə də siyasi və iqtisadi sahələrdə əlaqələri müzakirə etmək istəyirik. Moldova xüsusilə enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Moldova Prezidenti Maya Sandu deyib.
O qeyd edib ki, enerji böyük problem olaraq qalır. “Baxmayaraq ki, Moldova bu sahədə Rusiyadan asılılığı azaltmaq üçün son bir neçə ildə əhəmiyyətli islahatlar həyata keçirib. Ümid edirik ki, bu gün yaxşı müzakirəmiz olacaq və həll yolları tapacağıq”, - deyən Moldova Prezidenti sonda bütün ölkələr üçün sülh arzulayıb və sülhə aparan istənilən müzakirələri, səyləri alqışladığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 Noyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















