Icma.az
close
up
RU
Maya Sandu: Moldovanın Aİ yə üzvlüyü ilə bağlı danışıqlar 2027 ci ilədək başa çata bilər

Maya Sandu: Moldovanın Aİ yə üzvlüyü ilə bağlı danışıqlar 2027 ci ilədək başa çata bilər

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kişineu, 14 may, AZƏRTAC

Moldova Prezidenti Maya Sandu bildirib ki, ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar 2027-ci ilin sonuna qədər yekunlaşa bilər.

AZƏRTAC bu barədə TV8 telekanalına istinadla xəbər verir.

Dövlət başçısı vurğulayıb ki, 2028-ci ildə danışıqlar başa çatdıqdan sonra sazişin Aİ-yə üzv olan bütün dövlətlər tərəfindən ratifikasiyası mərhələsi başlayacaq. Moldovanın nə vaxt Avropa İttifaqının tamhüquqlu üzvü olacağına məhz o zaman tam qərar veriləcək.

“Mən hesab edirəm ki, danışıqları başa çatdırmaq üçün son real tarix 2027-ci ilin sonuna qədərki dövrdür. Bundan sonra, 2028-ci ildə bütün ölkələrin bizim sazişi dəstəklədiyi və ratifikasiya etməli olduqları dövr başlayacaq”, - deyə Sandu qeyd edib.

Moldova Prezidentinin sözlərinə görə, Avropa rəsmiləri Kişineudakı islahatların sürətini yüksək qiymətləndirirlər. Genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos Moldovaya son səfəri zamanı bildirib ki, ölkə Avropaya inteqrasiyanın bütün istiqamətləri üzrə digər namizəd dövlətlərdən daha sürətlə irəliləyir.

Sandu hesab edir ki, ölkənin gələcəyi birbaşa olaraq növbəti parlament seçkilərinin nəticələrindən asılıdır.

“Məsələ bizim parlament seçkilərində hansı seçimi edəcəyimizdədir, çünki hər şey parlamentin və parlament çoxluğunun dəstəyindən asılıdır”, - deyə Moldova lideri əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri