Maykl Duqlasdan 40 il sonra gələn etiraf
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
82 yaşlı Hollivud aktyoru Maykl Duqlas həmkarı Kettlin Ternerlə 40 il əvvəl yaşadığı gizli eşq münasibətini etiraf edib.
Axşam.az xəbər verir ki, aktyor bu barədə “One Helluva Ride” adlı memuarında yazıb. Duqlas 1984-cü ildə birlikdə çəkildiyi “Romancing the Stone” (“Daşla romantika”) filminin baş rol ifaçısı Kettlin Ternerlə münasibət yaşadığını açıqlayıb.
Aktyor həmin vaxt Diandra Lükərlə evli olduğunu, lakin münasibətlərinin çətin dövr keçirdiyini bildirib. O, Kettlin Ternerə ilk baxışdan simpatiya duyduğunu və əvvəlcə dost, daha sonra film tərəfdaşı olduqlarını, sonda isə sevgiliyə çevrildiklərini qeyd edib.
Duqlasın sözlərinə görə, onlar Meksikadakı çəkilişlərdən sonra birlikdə vaxt keçirib, daha sonra isə Ternerin otel otağında gizli görüşüblər. Münasibət Diandranın şübhələnərək azyaşlı oğlu ilə çəkiliş meydançasına gəlməsindən sonra sona çatıb.
Maykl Duqlas və Kettlin Terner uzun illər aralarında heç bir münasibət olmadığını desələr də, aktyor indi bunun yalan olduğunu etiraf edib:
“Bu, həyat yoldaşımı və oğlumu qorumaq üçün söylədiyim yalan idi. 40 il ərzində bu yalanı bütün dünyaya danışdıq”.
Duqlas 2000-ci ildə Diandra Lükərdən boşanıb və həmin il aktrisa Ketrin Zeta-Consla ailə qurub. Cütlüyün iki övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 05 Oktyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















