Icma.az
close
up
RU
MB dən yeni qərar: Yerli bankları çərçivə də saxlayacaq?

MB dən yeni qərar: Yerli bankları çərçivə də saxlayacaq?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Mərkəzi Bank qərar verdi, heç nə dəyişmədi. 

Bəs real iqtisadiyyatda vəziyyət necə olacaq? Bu sualın cavabı aydındır. Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı. Uçot dərəcəsi 7,25 % səviyyəsində sabit saxlanıldı. Faiz dəhlizinin aşağı həddi: 6,25 %, yuxarı həddi: 8,25 %-dir. Bu qərar nə deməkdir? Mərkəzi Bank inflyasiyanı nəzarətdə saxlamaq, iqtisadi sabitliyi qorumaq və real sektora təsiri ölçmək üçün ehtiyatlı siyasətini davam etdirir”. 

“Cebhinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-eskpert Razi Abbasbəyli deyib. 

Ekspert qeyd edir ki, qlobal iqtisadi vəziyyət, daxili bazar göstəriciləri və manatın sabitliyi nəzərə alınıb: 

“Azərbaycan Mərkəzi Bankında (AMB) hesab edirlər ki, əsas faiz dərəcəsini, yəni uçot dərəcəsini 7,25 % səviyyəsində saxlamaq indilikdə daha düzgündür.
Bu o deməkdir ki, Mərkəzi Bank öz siyasətində dəyişiklik etmir və əvvəlki qaydada davam edir. Faiz dəhlizi də dəyişməyib:

Aşağı hədd - 6,25 %, yuxarı hədd - 8,25 %. Bu faiz dəhlizi banklar üçün bir növ “çərçivədir”. Yəni banklar Mərkəzi Bankla pul alıb - vermə əməliyyatlarını bu aralıqda həyata keçirirlər. Bu aralıq nə qədər geniş olsa, pulun qiyməti də bir o qədər dəyişkən ola bilər. Niyə belə qərar verilib? Mərkəzi Bankda düşünürlər ki, bu qərarı verəndə bunları nəzərə alıblar.

İnflyasiya, yəni qiymətlərin artması. Onların hədəfi ildə 4 % ətrafındadır (±2 % fərqlə, yəni 2-6 % arası normal sayılır).Dünya iqtisadiyyatı və bazarlar. Çünki dünya bazarında baş verən hadisələr bizə də təsir edir. Hadisələrin hansı müstəvidə davam edəcəyi, ticarət savaşlarının hansı fazada enerjidaşıyıcılarının qiymətinə təsiri də müşahidə altında saxlanacaq. 

Ölkə iqtisadiyyatı. İş yerləri, istehsal, idxal. Yeni iş yerləri açılacaqmı, istehsal hansı səviyyədə olacaq, ixrac göstəriciləri və nəhayət manatın məzənnəsi hansı səviyyədə olacaq? Bu amillər də MB-nin bu gün verdiyi qərarın əsaslandırma bazasıdır. Eyni zamanda MB-də pul siyasətinin real iqtisadiyyata necə təsir etdiyi, yəni faizləri dəyişmək insanlara, şirkətlərə və bazara necə təsir edir, bunu da ölçüblər. 

Görünən odur ki, hələlik durğunluq və inzibati maliyyə idarəetməsi davam edəcək. Bu da iqtisadı inkişafı zəiflədəcək. Yəni MB-nun qərarı yerli bankları yenə də "çərçivə"də saxlayacaq. Manatın kursu dəyişməyəcək. Lakin real iqtisadiyyatda yeni iş yerləri yaranmayacaq. Çünki xarici investitisiya qoyuluşları azalıb.Büdcədən investisiya yatırımları da Şərqi Zəngəzurda və Qarabağda yenidənqurma, abadlıq və infrastrukturun bərpasına yönəlib.
Yəni dönərli investitisiya deyil. İdxal göstəriciləri hər gün yüksəlir. Bu da manata təzyiqi artırır. İxracat isə yalnız neft və qaz üzərində formalaşıb.

Bütün bunlar MB-nin hazırda panika yaratmamaq, mümkün olduğu qədər davam etməyə çalışması deməkdir.  Görək MB-nin iyunun 11-də verəcəyi növbəti qərar necə olacaq? Reallıqlar nəzərə alınacaq, yoxsa eyni qaydada dava ediləcək?”

Nigar
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Aprel 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri