Icma.az
close
up
RU
Mbappe: Keçən mövsüm məndən yaxşısı yox idi

Mbappe: Keçən mövsüm məndən yaxşısı yox idi

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real"ın hücumçusu Kilian Mbappe "France Football"a geniş müsahibə verib. Sport24.az xəbər verir ki, "Qızıl top"un favoritlərindən biri olan fransalı futbolçu ötən mövsüm özündən daha yaxşı oyunçu olmadığını bildirib.
"Bu il mükafatı qazana biləcəyimi hiss edirəm. Komanda titulu qazanmadığım deyilir, amma "Qızıl top" fərdi mükafatdır. Mənim də kifayət qədər arqumentlərim var. Dünya çempionatı tarixində ən çox qol vuran futbolçu olmaq, 27 yaşında bu göstəriciyə çatmaq və Lionel Messi kimi əfsanəni geridə qoymaq önəmli nailiyyətlərdir", - deyə Mbappe vurğulayıb.
27 yaşlı hücumçu ötən mövsüm öz performansını da yüksək qiymətləndirib:
"Fərqli düşünənləri anlayıram. Amma rəqabəti analiz edəndə görürəm ki, keçən il məndən daha yaxşı mövsüm keçirən heç kim olmayıb. Bəzən səslər dünyanın ən yaxşı futbolçusuna yox, ən yaxşı komandanın ən yaxşı oyunçusuna verilir. Mən özümə səs verərdim".
Mbappe "Qızıl top"un Messi və Kriştiano Ronaldo səviyyəsində fərqlənən futbolçulara təqdim edilməli olduğunu düşünür:
"Bu mükafatın sıradan oyunçulara deyil, istisna olan futbolçulara verildiyini düşünürəm. Messi və Ronaldo öz kateqoriyalarında unikaldırlar. Onlardan daha zəif olduğunuzu düşünmək normaldır".
Fransalı ulduz "Real"da ötən mövsüm yaşanan çətinliklərə də toxunub. O, azarkeşlərin fitə basmasını normal qarşıladığını bildirib:
"Realda olmaq imtiyazdır. Ötən mövsüm bizə nəyi inkişaf etdirməli olduğumuzu göstərdi. Fitə basılmaq? Belə şeylər olur. Orada bir çox futbolçu fitə basılıb. Bu klubla müqavilə imzalayanda nə ilə qarşılaşacağınızı bilirsiniz".
Mbappe Jose Mourinyo haqqında da müsbət fikirlər səsləndirib:
"O, çox ağıllıdır. Məni təəccübləndirdi. Nə etdiyini və hara getdiyini dəqiq bildiyi görünür. Futbolçular üçün onları istiqamətləndirən birinin olması vacibdir".
Mbappe hazırda bəyəndiyi gənc futbolçuların adlarını da çəkib. O, xüsusilə Lamin Yamalı fərqləndirib:
"Gənclər arasında Lamin Yamalı bəyənirəm. Onun hər şeyi var. Estevaonun xüsusi yaradıcılığı var. Arda Gülər çox irəli gedə bilər. Endrikin böyük potensialı var. Zaire-Emeri və Due də möhtəşəm karyera qura bilərlər".
Fransalı hücumçu öz oyununda inkişaf etdirməli olduğu məqamları da açıqlayıb:
"Müdafiədə komandalarıma daha çox kömək edə bilərəm. Hücumda isə daha effektiv olmalıyam. Çünki epizod yaratmaq bacarığım var".
Mbappe son olaraq Fransa millisinin İspaniyaya qarşı oyunlardakı uğursuzluğundan danışıb:
"Bu, uğursuzluq deyil, utancdır. İspaniya oyunu daha yaxşı idarə etdi. Özümüzdə aşağılıq kompleksi yoxdur. Sadəcə, topa sahib olmağı sevən komandaya qarşı oyuna düzgün yanaşa bilmədik və matçın gedişində özümüzü yenidən qura bilmədik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Sentyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri