Icma.az
close
up
RU
“McDonalds Azərbaycan”da halal mal əti Yerli istehsala start verilməsi və yeni imkanlar Video

“McDonalds Azərbaycan”da halal mal əti Yerli istehsala start verilməsi və yeni imkanlar Video

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“McDonald’s Azərbaycan” şirkəti restoranlarında istifadə olunan məhsulların lokallaşdırılması istiqamətində növbəti mühüm addım ataraq, Azərbaycanda istehsal olunan mal ətindən istifadəyə keçid etməyə başlayıb.

Halal sertifikatlı mal ətinə tam keçidin 2025-ci ilin birinci yarısında tamamlanması planlaşdırılıb.“AzProtein Food’s Group” şirkətinə məxsus zavodun ərazisində tikilmiş yeni ixtisaslaşdırılmış istehsal zonası xüsusi olaraq “McDonald’s”ın tələbləri nəzərə alınmaqla layihələndirilib və şəbəkənin restoranlarını beynəlxalqkeyfiyyətli halal mal əti ilə tam təmin etməyə imkan verir.

Müəssisənin istehsal gücü “McDonald’s Azərbaycan”ın illik təxminən 1 milyon kiloqram təşkil edən mal əti ehtiyaclarını tam şəkildə ödəməklə yanaşı, həm də gələcək artım və inkişaf üçün imkanlar yaradır.

İstehsal kompleksinin təntənəli açılış mərasimində “McDonald’s Azərbaycan”ın inkişafı lisenziyasının sahibi Cavad Marandi, şirkətin Müşahidə Şurasının sədri Fərid Əlizadə, “McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskiy, korporasiyasının Avropa, Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti Aroşa Vijemuni və “AzProtein Food’s Group” şirkətinin Müşahidə Şurasının sədri Nazim Səfərov iştirak ediblər.

Tədbirdə çıxış edən “McDonald’s Azərbaycan”ın inkişafı lisenziyasının sahibi Cavad Marandi, yerli istehsala keçidin “McDonald’s” şirkəti üçün strateji əhəmiyyətindən danışaraq deyib: “Lokallaşdırma uzunmüddətli strategiyamızın təməl daşıdır. Hesab edirik ki, yerli istehsalçılarla iş birliyi təkcə şirkətimizin inkişafına mühüm töhfə deyil, həm də Azərbaycanda qeyri-neft sektorunun gücləndirilməsi baxımından əhəmiyyətli addımdır. Bu, ilk növbədə, ölkənin gələcəyinə investisiya deməkdir. Mal əti istehsalının lokallaşdırılması dayanıqlı inkişafı və qarşılıqlı uğurları təmin etmək üçün yerli istehsalçılarla necə əməkdaşlıq etdiyimizin parlaq nümunəsidir”.

“AzProtein Food’s Group” şirkətinin Müşahidə Şurasının sədri Nazim Səfərov bildirib:“Bu gün şirkətimiz və fəaliyyət göstərdiyimiz sahə üçün əlamətdar bir gündür. Biz “AzProtein Food’s Group” şirkətinin beynəlxalq standartları və yerli təşəbbüsləri özündə birləşdirən bu layihənin mühüm hissəsi olmasına görə qürur duyuruq. Məqsədimiz məhsulun dəyişməz yüksək keyfiyyətini təmin etmək və tərəfdaşlığımızın inkişafına töhfə verməkdir”.

“McDonald’s” korporasiyasının Avropa, Yaxın Şərq və Afrika üzrə təchizat zənciri şöbəsinin direktoru Ala Mohammad qeyd edib: “Yerli istehsal olan halal sertifikatlı mal əti kotletlərinə keçid Azərbaycan bazarı üçün yeni imkanlar açır. Bu, şirkətə yerli istehlakçıların tələbatını ödəməyə, bazardakı mövqeyini gücləndirməyə, həmçinin biznesin genişlənməsinə və böyüməsinə kömək edəcək”.

Qeyd edək ki, istehsal prosesləri “McDonald’s”ın beynəlxalq standartlarına tam cavab verir. Obyektin layihələndirilməsindən tikintisinə və işə başlamasına qədər bütün mərhələlərdə şirkətin tələblərinə ciddi riayət olunub.

İstehsal kompleksində və ət kəsimi məntəqəsində keyfiyyətin idarə edilməsi sistemi (SQMS), sosial məsuliyyət (SWA), qabaqcıl istehsal təcrübələri (GMP) və digər əsas standartların yoxlanması daxil olmaqla müntəzəm auditlər keçirilir. Məhsullar halal sertifikatına malikdir və “McDonald’s” şirkətinin Almaniyada yerləşən Avropa Keyfiyyət Mərkəzinin tələblərinə cavab verir.

Müəssisənin ərazisində kəsimdən əvvəl heyvanların müvəqqəti yerləşdirilməsi üçün ferma və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən baytarlıq laboratoriyası yerləşir.

“AzProtein Food’s Group” şirkətinin zavodunda keyfiyyətə nəzarət mütəxəssisləri, xətt operatorları və texniklər daxil olmaqla 120-dən çox işçi çalışır.

Layihə həmçinin regional əhəmiyyət daşıyır. Gələcəkdə məhsulların qonşu ölkələrə ixrac edilməsi planlaşdırılır ki, bu da yerli iqtisadiyyat üçün yeni imkanlar yaradacaq.

Bu addım “McDonald’s Azərbaycan” şirkətinin qeyri-neft sektorunun dəstəklənməsi və yerli təchizat zəncirlərinin inkişafı üzrə uzunmüddətli strategiyasını əks etdirir. Şirkət yerli istehsalçılarla fəal əməkdaşlığını davam etdirir və şəbəkənin restoranlarında yerli məhsulların payını artırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri