MDB məkanında dövlət xidmətinin qiymətləndirilməsi orqanlarının akkreditasiyası üzrə sənəd müzakirə olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 aprel, AZƏRTAC
MDB məkanında “Beynəlxalq dövlət xidmətində uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının qarşılıqlı tanınması haqqında” Sazişin yekunlaşdırılması üzrə işçi qrupunun onlayn formatda 7-ci iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, iclasda Sazişə qoşulacaq dövlətlərin - Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistanın milli akkreditasiya orqanlarının nümayəndələri, həmçinin MDB İcraiyyə Komitəsi və Standartlar Bürosunun əməkdaşları iştirak ediblər.
İclas zamanı iştirakçılar Qırğızıstan Akkreditasiya Mərkəzinin, “Rosakkreditasiya” təşkilatının, Özbəkistan Akkreditasiya Mərkəzinin təkliflərini nəzərdən keçirib və razılaşdırıblar.
Standartlar Bürosu bu iclasda irəli sürülən təklifləri nəzərə almaqla Saziş layihəsini yekunlaşdıracaq və baxılması üçün yuxarı instansiyalara təqdim edəcək.
İclas iştirakçıları nəzərdən keçirilən materialların nəticələrinə əsasən və aparılan müzakirəni nəzərə alaraq, akkreditasiya sahəsində əlaqələndirilmiş siyasətə dair razılaşdırılmış tövsiyələr qəbul ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















