Icma.az
close
up
RU
MDB+ nə vəd edir?

MDB+ nə vəd edir?

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci il 10 oktyabr tarixində Düşənbədə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası baş tutub. Prezident İlham Əliyevin sammitdə iştirakı və keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan geniş bir regionda çoxvektorlu və praqmatik diplomatiyasının davamlılığını nümayiş etdirir.

Prezident Əliyevin Düşənbə səfəri üzv ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir tədbirdir. Bununla yanaşı Sammitdə qəbul edilən “MDB plyus” əməkdaşlıq modeli Birliyin daha çevik, açıq və adaptiv əməkdaşlıq mərhələsinə keçidini təsdiq edir ki, bu da Azərbaycanın apardığı regional əməkdaşlıq siyasətinin paradiqmasına uyğundur.

Sözügedən təşəbbüs ilk dəfə 2024-cü ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülmüş və 2025-ci ildə rəsmən təsdiqlənmişdir. Yeni formatın əsas məqsədi üzvlük mexanizmini elastikləşdirmək və bu əsasda həm üzv dövlətlər, həm də tərəfdaş ölkələr üçün açıq və praktiki əməkdaşlıq platforması yaratmaqdır.

“BRİKS+” və “ŞƏT+” modellərinin təcrübəsinə əsaslansa da, “MDB plyus” onlardan fərqli olaraq dövlətüstü öhdəliklər tələb etmir və fəaliyyətini layihə-mərkəzli əməkdaşlıq prinsipləri üzərində qurur. Bu yanaşma MDB-nin yalnız qapalı əməkdaşlıq məkanı deyil, eyni zamanda regional və transregional dialoqa açıq strateji region kimi formalaşdırılmasına hesablanmış praqmatik bir addımdır.

İlkin mərhələdə “MDB plyus” formatının fəaliyyət çərçivəsi üç əsas istiqamət üzrə müəyyən edilmişdir.

Birinci istiqamət təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, o cümlədən terrorizmə qarşı birgə mübarizəni və sərhəd nəzarətinin təkmilləşdirilməsini nəzərdə tutur.

İkinci istiqamət iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə yönəlib və təchizat zəncirlərinin, rəqəmsal ticarətin, nəqliyyat-logistika əlaqələrinin inkişafını əhatə edir.


Üçüncü istiqamət isə humanitar sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsini — elm, təhsil və mədəniyyət mübadiləsinin institusional əsasda təşviqini nəzərdə tutur.

Bu istiqamətlər Azərbaycanın regional siyasət prioritetləri ilə tam uzlaşır.

Azərbaycanın Orta Dəhliz, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanı kimi strateji layihələrdə oynadığı rol iqtisadi əməkdaşlıq və nəqliyyat-tranzit marşrutları sahəsində ölkəmizi “MDB plyus” formatının cazibə mərkəzinə çevirir. Bu infrastruktur şəbəkələri MDB ölkələrinə Şərq–Qərb marşrutu üzrə səmərəli inteqrasiya imkanı yaradır və Azərbaycanın geoiqtisadi əhəmiyyətinə əlavə dəyər qazandırmaqla yanaşı onun geosiyasi liderliyini də möhkəmləndirir.

Prezident İlham Əliyev öz çıxışında bunu belə ifadə edir: “Bu qəbildən olan tədbirlər MDB məkanında dostluğu, əməkdaşlığı möhkəmləndirir və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.”

Bu yanaşma Azərbaycan diplomatiyasının əsas prinsipinə — qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan xarici siyasət modelinə uyğundur. MDB-nin yeni strukturunda Azərbaycanın təcrübəsi, texnoloji imkanları və iqtisadi potensialı onun praktiki koordinasiya mərkəzi rolunu oynamasına imkan verir. Azərbaycanın MDB çərçivəsindəki humanitar fəaliyyəti ölkəmizin “yumşaq güc” siyasətinin praktiki təzahürüdür. Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması və Gəncədə keçirilmiş III MDB Oyunları da Azərbaycanın humanitar diplomatiyasının konkret nəticələridir. Bu layihələr vasitəsilə Azərbaycan MDB məkanında mədəni inteqrasiya və postmünaqişə dövründə münasibətlərin uğurlu bərpa nümunəsini ortaya qoyur.

Düşənbədə Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon arasında keçirilən təkbətək görüş Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji inteqrasiyanın daha bir mühüm həlqəsi kimi qiymətləndirilə bilər. Görüşdə iqtisadiyyat, energetika, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və birgə layihələrin reallaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilmişdir.

Prezident İlham Əliyev bu münasibətləri belə qiymətləndirir: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.”
Bu münasibətlər nəticəsində Azərbaycan Mərkəzi Asiyaya, Tacikistan isə Xəzər dənizi vasitəsilə Qərb bazarlarına çıxış imkanları qazanır. Beləliklə, iki ölkə arasında tərəfdaşlıq həm iqtisadi, həm də nəqliyyat-logistika baxımından qarşılıqlı tamamlayıcı xarakter daşıyır.

“MDB plyus” formatı Azərbaycanın təşəbbüskarlığı və strateji baxışı çərçivəsində müasir regional əməkdaşlıq modelinə çevrilmək potensialına malikdir. Bu model vasitəsilə Azərbaycan MDB-nin modernləşməsinə və həm də Cənubi Qafqazla Mərkəzi Asiya arasında iqtisadi və humanitar münasibətlərin inteqrativ inkişafına real töhfələr verir.

Nəticə etibarilə, Düşənbə görüşləri yalnız ikitərəfli əlaqələr kontekstində deyil, həm də yeni Avrasiya nizamının formalaşması üçün atılan addımlar kontekstində uğurlu bir istiqamət ola bilər.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see472

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see437

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see395

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see319

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see260

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see235

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see209

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see197

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see187

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see178

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see172

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see172

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see171

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see169

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see166

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see164

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see160

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see156

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see155

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri