Icma.az
close
up
RU
MDB ölkələrinin jurnalistləri Şuşa və Xankəndiyə səfər ediblər FOTOLAR

MDB ölkələrinin jurnalistləri Şuşa və Xankəndiyə səfər ediblər FOTOLAR

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

III MDB Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gələn altı ölkənin KİV nümayəndələri Şuşa – Xankəndi marşrutu üzrə yaddaqalan media-turun iştirakçıları olublar.

Moderator.az xəbər verir ki, Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada jurnalistlər onun zəngin tarixi-mədəni irsi və qədim şəhərin təkrarolunmaz ab-havası ilə tanış olublar.

Media-turun marşrutu Şuşanın Mərkəzi Meydanından başladı. Meydana yaxın ərazidə yerləşən əfsanəvi “Xan qızı” bulağı XIX əsrdə görkəmli şair Xurşidbanu Natəvan tərəfindən çəkilmişdir. Xalq arasında “Xan qızının bulağı” adı şairin xeyirxah əməlini ehtiramla yaşadır.

Daha sonra jurnalistlər şəhərin ən tanınmış simvollarından biri olan Şuşa qalasının Gəncə qapılarını izləyə biliblər. Qarabağ xanı Pənahəli xan tərəfindən 1750–1752-ci illərdə inşa edilən qala vaxtilə üç əsas girişə — Gəncə, İrəvan və Ağoğlan qapılarına malik idi. Bu tarixi məkan bu gün dünyanın hər yerindən gələn qonaqların ən çox şəkil çəkdirdiyi yerlərdəndir.

Xüsusi diqqəti isə möhtəşəm memarlıq abidəsi — Gövhər ağa yuxarı məscidi cəlb etdi. Bu abidə Şuşanın mədəni irsinin mühüm parçasıdır.

Jurnalistlərdə unudulmaz təəssürat yaradan məkan isə Cıdır düzü oldu. Daşaltı dərəsinin kənarında yerləşən bu məşhur məkan hər bir azərbaycanlı üçün rəmz, xarici qonaqlar üçün isə kəşf oldu.

Növbəti dayanacaq Şuşadan dörd kilometr məsafədə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə, sıx meşənin içində yerləşən “İsa bulağı” istirahət kompleksi oldu. Azərbaycan təbiətinin incisi sayılan bu bulağın suyu soyuq, saf və şəfalıdır. Burada qonaqlar üçün nahar təşkil olunduqdan sonra mediatur Xankəndidə davam etdi.

Xankəndində jurnalistlər Qarabağ Universitetini ziyarət etdilər və mühüm idman hadisəsinin şahidi oldular.

Məhz Xankəndi şəhər stadionunda, tamamilə yenilənmiş arenada, III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışları start götürdü. Bu, şəhərin azad olunmasından sonra qəbul etdiyi ilk beynəlxalq idman tədbiridir.

MDB ölkələrinin ən yaxşı oxatanları burada toplaşaraq III MDB Oyunlarının medalları uğrunda mübarizə aparırlar. Turnir 2–5 oktyabr tarixlərində keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri