Icma.az
close
up
RU
MDM: Azərbaycanın beynəlxalq mərkəzi depozitar sistemində hesab açması istiqamətində işlər aparılır

MDM: Azərbaycanın beynəlxalq mərkəzi depozitar sistemində hesab açması istiqamətində işlər aparılır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 may, AZƏRTAC

Kapital bazarının inkişafının əsas istiqamətlərindən biri onun qlobal bazarlarla inteqrasiyasıdır. Bu, həm yerli investorlar üçün xarici investisiya alətlərinə çıxış imkanlarının yaradılması, həm də xarici investorların yerli bazara etibarlı və rahat daxilolmalarının təmin olunması deməkdir. Bu istiqamətdə Milli Depozit Mərkəzi (MDM) olaraq beynəlxalq depozitarlarla əməkdaşlıq qurmaq üzərində iş aparırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli Maliyyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, hazırda Türkiyənin Mərkəzi Qeydiyyat Təşkilatı (MKK) ilə olan əməkdaşlıq çərçivəsində hər iki ölkənin investisiya iştirakçıları müəyyən texniki prosedurlar vasitəsilə qarşılıqlı şəkildə bir-birinin bazarına çıxış əldə edə bilirlər.

“MDM və MKK arasında qurulan birbaşa əlaqə regional əməkdaşlıq baxımından böyük əhəmiyyətə malik olmaqla yanaşı, bizim bazar üçün ilk real təcrübə olub və gələcək beynəlxalq əlaqələrin qurulması üçün mühüm platforma rolunu oynayıb. Hazırda isə bizim üçün strateji əhəmiyyət daşıyan digər bir təşəbbüs “Clearstream” ilə əməkdaşlıqdır. Bu beynəlxalq mərkəzi depozitar sistemində MDM-in hesab açması istiqamətində işlər aparılır. Əməkdaşlıq hələ ilkin mərhələdədir, tərəflər arasında bir neçə mərhələdə görüşlər keçirilib, sənəd mübadiləsi və risk uyğunluğu üzrə ilkin məlumatlar təqdim olunub. Əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri və institusional investorların “Clearstream” platformasında təqdim olunan qlobal maliyyə alətlərinə – xüsusilə dövlət istiqrazlarına, beynəlxalq səhmlərə və digər likvid məhsullara birbaşa çıxışını təmin etməkdir. Bu hesabın açılması ilə yerli investorlar xarici bank hesabı açmadan, əlavə vasitəçilərə ehtiyac duymadan, öz ölkələrində, yerli infrastruktur üzərindən qlobal bazarlara sərmayə yatırmaq imkanına sahib olacaqlar”, - deyə müşavir qeyd edib.

M.Əhmədli əlavə edib ki, bu cür əlaqələr ilk növbədə bazar likvidliyi artıracaq, çünki yerli iştirakçılar portfellərini yalnız yerli qiymətli kağızlarla deyil, həm də beynəlxalq alətlərlə formalaşdıracaqlar: “İkinci mühüm təsir isə daxili bazarın tələbat əsasında daha çevik inkişafıdır, çünki investorlar hansı məhsullara maraq göstərirsə, emitentlər və tənzimləyici orqanlar həmin istiqamətdə daha çox təşəbbüs göstərəcəklər. Bundan əlavə, “Clearstream” standartlarına uyğunlaşmaqla MDM-in infrastrukturu daha da təkmilləşəcək və bu da gələcəkdə digər beynəlxalq platformalarla əməkdaşlıq üçün əlavə zəmin yaradacaq. Bu cür əlaqələr ölkəyə valyuta axınlarını artırmaq, institusional investorların marağını cəlb etmək və bütövlükdə bazara olan etibarı gücləndirmək baxımından da önəmlidir. Nəticə etibarilə, MDM tərəfindən beynəlxalq bazarlara çıxışın təmin olunması yalnız texniki layihə deyil, Azərbaycan kapital bazarının qlobal sistemə inteqrasiyasının əsas sütunlarından biridir. Bu addım investorlar üçün alternativ və daha rəqabətli imkanlar, bazar iştirakçıları üçün isə daha geniş xidmət spektri yaradacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri