MDU da elmi fəaliyyət stimullaşdırılır: 100 ə yaxın əməkdaş mükafatlandırılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mingəçevir, 16 noyabr, AZƏRTAC
Son bir il ərzində Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, beynəlxalq nüfuzlu elmi jurnallarda indekslənən məqalələr və digər elmi-tədqiqat məhsulları üzrə ümumilikdə 100-ə yaxın uğurlu nəticə əldə ediblər.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu nailiyyətlərə töhfə verən 100-ə yaxın əməkdaş mükafatlandırılıb. Ali təhsil müəssisəsinin əməkdaşlarının elmi və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, peşəkar inkişafının dəstəklənməsi və motivasiyasının artırılması məqsədilə universitetdə diferensial əməkhaqqı sistemi tətbiq olunur. İlin sonunda elmi, tədris və digər akademik fəaliyyət göstəricilərinə əsasən 30 əməkdaşın əməkhaqqı artırılacaq. Prosesin şəffaf, obyektiv və nəticəyönümlü təşkili üçün universitetdə ASİS (Akademik Stimullaşdırma və İnkişaf Sistemi) platformasının təqdimatı keçirilib. Əməkdaşlara elmi və akademik nəticələrini sistemə yerləşdirmək, göstəricilərini təqdim etmək və qiymətləndirmə prosesində iştirak etmək imkanları barədə məlumat verilib.
Son beş il ərzində universitetin “Scopus” beynəlxalq elmi bazasında indekslənən məqalələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Bu ilin noyabr ayınadək əldə olunan nəticə 2025-ci ilin göstəricisi ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Bu nəticələr universitetin elmi inkişafda həm keyfiyyət, həm də kəmiyyət baxmından yeni mərhələyə keçdiyini göstərir. Artım elmi-tədqiqat fəaliyyətinə verilən strateji önəmin, akademik heyətin fəallığının, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinin və tədqiqat mədəniyyətinin inkişafının bəhrəsidir. Son bir ay ərzində MDU əməkdaşlarının 40 elmi məqaləsi “Scopus” elmi-metrik bazasında indekslənib. Onlardan 8-i ən yüksək kateqoriya olan Q1 kvartil jurnallarında dərc olunub. Bu təşəbbüslər universitetdə sağlam akademik rəqabət mühitinin formalaşmasına, yüksək nəticə göstərən əməkdaşların əməyinin layiqincə qiymətləndirilməsinə və elmi-tədqiqat fəaliyyətinin güclənməsinə xidmət edir.
Müxbir – Vüsalə Cənnətova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Noyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















