Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

MDU və Məmmədyarovlar süni intellektlə şahmatı birləşdirir FOTOLAR

MDU və Məmmədyarovlar süni intellektlə şahmatı birləşdirir FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin 13 mart tarixində Mingəçevir Dövlət Universiteti ilə ölkəmizi beynəlxalq və yerli turnirlərdə layiqincə təmsil edən, Azərbaycan şahmatının inkişafına mühüm töhfələr vermiş Məmmədyarovlar Şahmat Məktəbi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

"Unikal" xəbər verir ki, memorandum universitet və şahmat məktəbi arasında təhsil, elm və intellektual idmanın inkişafı istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasını və genişləndirilməsini nəzərdə tutur.

Memorandumun imzalanması münasibətilə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Məmmədyarovlar Şahmat Məktəbində olub. Nümayəndə heyətini məktəbin qurucuları və rəhbərləri – tanınmış şahmatçı Şəhriyar Məmmədyarov, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova qəbul ediblər. Görüş zamanı tərəflər arasında universitet–idman əməkdaşlığının genişləndirilməsi, gənclər arasında intellektual idman növlərinin təşviqi və strateji düşüncə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında universitetdə tələbələrin yalnız akademik biliklərinin deyil, eyni zamanda analitik və strateji düşünmə bacarıqlarının inkişafının vacibliyini vurğulayıb. Rektor bildirib ki, şahmat kimi intellektual idman növləri gənclərin məntiqi təfəkkürünün, qərarvermə bacarıqlarının və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayır. O, MDU ilə Məmmədyarovlar Şahmat Məktəbi arasında qurulan əməkdaşlığın regionda şahmatın inkişafına və gənclərin intellektual potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Məmmədyarovlar Şahmat Məktəbinin rəhbərləri isə çıxışlarında gənclər arasında şahmatın təbliğinin əhəmiyyətindən bəhs ediblər və MDU rəhbərliyinin atdığı addımı yüksək qiymətləndiriblər. Bildirilib ki, universitet mühiti gənclərin intellektual inkişafı üçün geniş imkanlar yaradır və bu əməkdaşlıq çərçivəsində həyata keçiriləcək təşəbbüslər regionda şahmatın daha da populyarlaşmasına xidmət edəcək.

Görüş zamanı tərəflər arasında əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub. Xüsusilə Mingəçevir Dövlət Universitetinin nəzdində tələbələr və gənclər üçün şahmat klubunun yaradılması, regionda açıq şahmat oyunlarının və intellektual yarışların təşkili, peşəkar məşqçilərin iştirakı ilə ustad dərslərinin və təlimlərin keçirilməsi, məktəblilər üçün açıq şahmat günlərinin təşkil olunması, müxtəlif səviyyəli regional şahmat turnirlərinin keçirilməsi kimi təşəbbüslər diqqətə çatdırılıb.

Bununla yanaşı, universitetin elmi potensialından istifadə etməklə “AI Chess Research Lab” (Süni intellekt və şahmat üzrə tədqiqat laboratoriyası) yaradılması, şahmat oyunlarının süni intellekt əsaslı proqramlar vasitəsilə analizi, data əsaslı oyun strategiyalarının tədqiqi, eləcə də robotika və süni intellekt dərslərində şahmat modellərinin tətbiqi kimi innovativ istiqamətlər də əməkdaşlığın mühüm tərkib hissəsi kimi qeyd olunub.

Eyni zamanda tərəflər arasında hər il Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində regional və ya respublika səviyyəli şahmat turnirlərinin təşkili məsələsi də xüsusi vurğulanıb.

Qeyd edək ki, imzalanan Memorandum tərəflər arasında gənclər arasında şahmatın inkişafına dəstək verilməsi, strateji düşüncə və analitik bacarıqların inkişaf etdirilməsi, eləcə də elm, təhsil və intellektual idman sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi üçün mühüm əməkdaşlıq platforması yaradır. Eyni zamanda bu əməkdaşlıq regionda şahmatın inkişafına, gənclərin intellektual potensialının gücləndirilməsinə və universitet mühitində intellektual idman mədəniyyətinin daha da yayılmasına töhfə verməyi hədəfləyir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Mart 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri