Məcburi köç etnik təmizləmə ilə eynidir BMT
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Birləşmiş Millətlər Təşkilatı (BMT), ABŞ-nin yeni prezidenti Donald Trampın Qəzzanı "nəzarətə götürmə" və fələstinliləri başqa ölkələrə yerləşdirmə planları ilə bağlı birbaşa şərh verməkdən çəkinərək, "Məcburi köç etnik təmizləmə ilə eynidir" açıqlamasını yayıb.
Redaktor.az xəbər verir ki, BMT sözçüsü Stefan Düjarrik, gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq, BMT Baş katibi Antonio Quterreşin bu gün Fələstin xalqının ayrılmaz hüquqları üzrə BMT Komitəsinin (CEIRPP) toplantısında çıxış edəcəyini bildirib.
- Düjarrik, Quterreşin çıxışında aşağıdakı məsələlərə toxunacağını qeyd edib:
- Daimi atəşkəs və girovların azad edilməsi üçün təzyiqin artırılması
- Daha çox ölüm və dağıntının qarşısının alınması
- Problemin daha da dərinləşdirilməməsi
- Beynəlxalq hüquqa sadiq qalaraq etnik təmizləmənin qarşısının alınması
Düjarrik, bu fikirlərin Trampın açıqlamaları çərçivəsində dəyərləndirilməsinin məntiqli olduğunu vurğulayıb.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 Fevral 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















