Icma.az
close
up
RU
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub

Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi” layihəsinin icrası çərçivəsində məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi, inteqrasiyası və koordinasiyası məsələləri üzrə vörkşop formatında müzakirələr keçirilib. 

ADA Universitetində təşkil olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak ediblər. Tədbirin birinci sessiyasında çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə müzakirələrin məcburi köçkünlərə dair məlumatların daha da təkmilləşdirilməsi və bu sahədə  boşluğun   müəyyənləşdirilməsi məqsədi daşıdığını bildirib. 

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında hazırlanmış Böyük Qayıdışa dair Dövlət Proqramının icrası məcburi köçkünlərin doğma yurd yerlərinə könüllü, təhlükəsiz və ləyaqətlə geri dönmək istəyini gerçəkləşdirir. Böyük Qayıdışı davamlı prosesdir, onun effektiv təşkilində mükəmməl məlumat bazasının formalaşdırılması mühüm şərtdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vahid məlumat bazasının təkmilləşdirilməsi istiqamətində müntəzəm iş aparılır.

İki sessiya, qrup və plenar müzakirələrindən ibarət vörkşopda məcburi köçkünlərlə bağlı hazırlanacaq məlumat bülleteninin mövzu istiqamətləri, məlumat mənbələri, mövcud boşluqlar, həll yolları müzakirə edilib. Müzakirə iştirakçılarını maraqlandıran suallar Dövlət Komitəsinin nümayəndələri tərəfindən cavablandırılıb, zəruri izahatlar verilib. 

Müzakirələrdən sonra təklif olunan həll yollarının təqdimatı keçirilib, tövsiyələr verilib. İki gün davam edən vörkşop müzakirələri məcburi köçkünlər haqqında məlumatların əldə edilməsi üçün müəyyən əlavə və dəyişikliklər təklif olunub, potensial məlumat axını və ADA Universitetinin sorğusu üçün əlavə mövzular müəyyən edilib. 

Xatırladaq ki, vörkşop İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri