Icma.az
close
up
RU
Məcburi köçkünlük bitir, doğma yurdlarda yeni həyat göyərir

Məcburi köçkünlük bitir, doğma yurdlarda yeni həyat göyərir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Daimi məskunlaşmadan icma quruculuğuna

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən Böyük Qayıdış təkcə coğrafi məkanların bərpası və ya əhalinin fiziki köçü ilə məhdudlaşmır. Bu proses Azərbaycan dövlətinin strateji prioritetlərinin təməl sütununu təşkil edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti, həssaslığı və birbaşa nəzarəti ilə icra olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” regional inkişafın nadir modelinə çevrilib.

Dövlət başçımızın Qarabağ və Şərqi Zəngəzura müntəzəm səfərlər etməsi, bərpa-quruculuq işləri ilə yerində tanış olması, yeni infrastruktur obyektlərinin açılışında iştirakı və sakinlərlə görüşləri dövlət-vətəndaş birliyinin ən bariz təcəssümüdür. Böyük Qayıdışın artıq dördüncü ilində əldə olunan mühüm göstəricilər – minlərlə soydaşımızın doğma ocaqlarına təhlükəsiz və ləyaqətlə qayıtması, müasir “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyalarının reallığa çevrilməsi dövlət siyasətinin möhtəşəm uğurunu nümayiş etdirir.

Postmünaqişə dövründə qarşıda duran ən mühüm vəzifə doğma yurduna qayıdan vətəndaşların sosial-iqtisadi və psixoloji cəhətdən yeni şəraitə tam uyğunlaşması, dayanıqlı icmaların formalaşdırılması və onların daxili potensialının səfərbər edilməsidir. Bu baxımdan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili” layihəsi Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına mühüm töhfə verir.

Layihənin icra vəziyyəti ilə bağlı keçirilən görüşdə təşkilatın 2001-ci ildən etibarən dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində icma əsaslı inkişafın formalaşmasına töhfə verən aparıcı qurum kimi fəaliyyət göstərdiyi bildirilib. Onun əsas fəaliyyət sahəsi məcburi köçkün icmalarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün dayanıqlı icmaların yaradılması, bilik və bacarıqların artırılması, reinteqrasiya tədbirlərinin həyata keçirilməsi və dövlət proqramlarının, o cümlədən Böyük Qayıdışa dair Dövlət Proqramının icrasında bu icmaların fəal iştirakının təmin edilməsidir. Bu sahədə sözügedən İctimai Birliyinin 25 illik peşəkar təcrübəsi var.

İcma quruculuğuna strateji yanaşma

Layihənin mahiyyətini təhlil edərkən aydın olur ki, dövlətin yaratdığı infrastruktur və bərpa olunan yaşayış sahələri işin təməlini təşkil edirsə, onun canlı məzmununu icma əsaslı reinteqrasiya modelləri formalaşdırır. Layihənin icraçı qrupunun üzvü Rövşən Ağayev təşkilatın yanaşmasını və dövlət qurumlarının fəaliyyəti ilə qarşılıqlı əlaqəsini belə səciyyələndirir: “Bizim fəaliyyətimiz dövlət qurumlarının gördüyü işlərə alternativ kimi deyil, həmin prosesə dəstək verən və onu tamamlayan fəaliyyət kimi qiymətləndirilir. Dövlət qurumlarının səmərəli fəaliyyəti ilə reinteqrasiya məqsədilə zəruri infrastrukturun, sosial xidmətlərin, yaşayış şəraitinin yaradılması istiqamətində mühüm işlər həyata keçirilir. Bizim əsas fərqimiz isə daha çox icma səviyyəsində işləməyimiz, insanların ehtiyaclarını birbaşa öyrənməyimiz və onların öz təşəbbüsləri əsasında fəaliyyətlərin formalaşdırılmasına dəstək verməyimizdir. Bu zaman yanaşmanın əsas xüsusiyyəti insanları və icmaları inkişafın fəal iştirakçılarına çevirməkdir”.

Məsələyə sosioloji yöndən yanaşan ekspert Gülanə Quliyeva isə icma təməlinin zəruriliyi barədə deyir: “Qayıdışın uzunmüddətli və uğurlu olması üçün həmin ərazilərdə sosial baxımdan fəal, iqtisadi cəhətdən dayanıqlı, qarşılıqlı həmrəylik və əməkdaşlıq prinsiplərinə əsaslanan icmaların formalaşdırılması mühüm önəm daşıyır. İcmanın yaradılması, ilk növbədə, geri qayıdan insanların birlikdə yaşamaq, birgə qərar qəbul etmək, mövcud problemləri müəyyənləşdirmək və onların həlli yollarını birgə axtarmaq imkanlarını genişləndirir. Ən əsası isə, dayanıqlı icmaların yaradılması qayıdış prosesini davamlı və təhlükəsiz məskunlaşma prosesinə çevirir”.

Layihə çərçivəsində respublikada ilk dəfə icma əsaslı reinteqrasiya modeli yaradılıb və ictimaiyyətə təqdim olunub. Bu model özündə dövlətin və köçürülmədə iştirak edənlərin baxışlarını ehtiva edir və reinteqrasiyada icma yanaşmasını tam gerçəkləşdirir.

Layihə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri ilə yanaşı, Abşeron, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Yevlax, Qəbələ, Oğuz, Şəki, Göygöl, Goranboy, Füzuli, Tərtər və bilavasitə azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının şəhər və kəndlərini əhatə edir. Sosial-demoqrafik və iqtisadi potensialın qiymətləndirilməsi məqsədilə keçirilmiş sorğunun analitik təhlili diqqətəlayiq mənzərəni ortaya qoyur.

Nəticələrə əsasən, respondentlərin orta yaşı 41 – 47 aralığında dəyişir və əmək qabiliyyətli əhalinin əsasını təşkil edən 36 – 55 yaş qrupu ümumi iştirakçıların 46 faizini təşkil edir. Gender bölgüsünə gəldikdə isə respondentlərin 54 faizi kişilər, 46 faizi isə qadınlardır ki, bu nisbət də inklüziv və bərabər imkanlı icma proqramlarının layihələndirilməsi üçün əlverişli zəmin yaradır.

Bununla yanaşı, sorğuda iştirak edən icma və ailələrin 100 faizi doğma torpaqlara qayıtmaq iradəsini kəskin şəkildə ifadə edib. Bu qrup təkcə fiziki qayıdışda deyil, eyni zamanda, icma səfərbərliyində və bərpa proseslərində də fəal iştirak etməyə hazır olduqlarını bildirib.

Eyni zamanda, təhsil strukturu üzrə aparılan təhlil göstərir ki, ailələrin 65 faizi ümumi orta təhsilə malikdir və yalnız 17 faizinin tərkibində peşə-texniki təhsilli üzvlər mövcuddur. Mövcud peşə və təhsil boşluqları azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin reallaşdırılması üçün kütləvi praktiki peşə təlimlərinin keçirilməsinə və müasir rəqəmsal bacarıqların artırılmasına kəskin ehtiyac duyulduğunu sübut edir.

Rəqəmsallaşma və müasir bacarıqlar

Rəqəmsal dövrün tələbləri azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı” şəhər və “ağıllı” kənd konseptləri ilə birbaşa səsləşir. İnsanların elektron dövlət xidmətlərinə (e-dövlət) çıxışının gerçəkləşdirilməsi məsafədən asılı olmayaraq, onların öz hüquqi və sosial məsələlərini həll etməsinə şərait yaradır. İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İctimai Birliyinin eksperti Telman Yolçiyev rəqəmsal bacarıqların və praktiki təlimlərin real həyatdakı rolu barədə deyir: “Bu gün rəqəmsal bacarıq gündəlik həyatda çox vacibdir. Xüsusilə, yeni yaşayış məntəqələrində internetdən və elektron dövlət xidmətlərindən sərbəst istifadə insanlara həm vaxt, həm də xərc baxımından böyük rahatlıq verir. İndiki müasir dövrdə yollar insanları doğma yurda aparır, praktiki rəqəmsal bacarıqlar isə onları xidmətlərə, biliklərə və yeni imkanlara bağlayır”.

Telman Yolçiyevin sözlərinə görə, təlimlər təkcə sırf nəzəriyyə deyil, bu, həm də praktiki bacarıqlara söykənir. İctimai birliyin yanaşmasının əsas fərqi isə odur ki, hər bir iştirakçı təlimdən məlumatlarla bərabər, konkret üsul, proqram və ya mexanizmlərlə ayrılır. Bu zaman əsas ehtiyacları müəyyənləşdirmək, toplantı aparmaq, fəaliyyət planı hazırlamaq, məsuliyyətləri bölüşdürmək və tərəfdaşlarla ünsiyyət qurmaq bacarığı daha çox diqqət çəkir.

Rövşən Ağayev də bu fikri tamamlayaraq vurğulayır: “Bizim üçün əsas məsələ seminarın keçirilməsi deyil, onun nəticələri maraqlandırır. Əgər iştirakçı əldə etdiyi bilikdən yararlanaraq bir təşəbbüs irəli sürürsə, icma daxilində birgə fəaliyyət formalaşırsa, yeni gəlir mənbəyi yaranırsa, o zaman təlim real nəticə vermiş olur”.

Dayanıqlı gəlir mənbələri

Böyük Qayıdışın dayanıqlığı məşğulluq və gəlirgətirən fəaliyyətlərin təşkilindən birbaşa asılıdır. Sorğuların nəticələrinə görə, əhalinin ənənəvi məşğulluq sahələri aparıcı yer tutur. İcmalarda yeni iqtisadi fəaliyyət kimi də ən çox arıçılıq, yüngül sənaye (dərzilik, şirniyyat sexi) və müxtəlif xidmət emalatxanaları (çilingər, təkər təmiri, salonlar) təklif olunur. Biznes qurmaq istəyənlərin 95 faizi əsas maneə kimi maliyyəyə çıxış çətinliyini və hüquqi prosedurları göstərir.

Bu problemi aradan qaldırmaq üçün layihə çərçivəsində 57 fərdi mikro-sahibkar və 18 hüquqi şəxs statuslu icma biznes subyektinin yaradılması, biznes planların tərtibi, vergi, mühasibatlıq və təsərrüfat idarəçiliyi üzrə 100 saatdan və 5 müxtəlif mövzudan ibarət çox əhatəli təlim və mentorluq xidmətlərinin verilməsi nəzərdə tutulub. 57 fərdi mikro-sahibkar kompüter operatoru və İT mütəxəssis (5 nəfər), qənnadçı (5 nəfər), şiriniyyatçı (6 nəfər), dərzi (6 nəfər), arıçı (18 nəfər), kişi bərbəri (4 nəfər), avtoyuma (3 nəfər), avtomobil elektriki (2 nəfər), qadın bərbəri (2 nəfər), çilingər (1 nəfər), elektrik (1 nəfər), fotoqraf (1 nəfər), mühərrik ustası (1 nəfər), avtomobil çilingəri (1 nəfər) və elektrik qaz qaynaqçısı (1 nəfər) ixtisasları üzrə peşə və biznes nəzəriyyəsi təlimlərinə cəlb olunub.

18 hüquqi şəxs statuslu icma isə biznes sahəsi olaraq şirniyyat istehsalı üzrə (2 icma), çilingər sexi (1 icma), arıçılıq təsərrüfatı (12 icma), təkər təmiri (1 icma), gözəllik salonu (1 icma), avtoyuma məntəqəsi (1 icma) sahibkarlıq fəaliyyətləri üzrə biznes təlimlərinə cəlb olunub. Layihənin əvvəlki illərdən olan faydalananları qazandıqları bilik və bacarıqları, eləcə də avadanlıqları uğurla istifadə edərək yalnız məhsul istehsalı ilə kifayətlənməyib, eyni zamanda, brendləşmə, satış və marketinq baxışlarını diqqət mərkəzində saxlayaraq hazır məhsulları müxtəlif sərgi və yarmarkalara çıxarmaqla bizneslərini gücləndirib, bununla da icma dayanıqlılığına nail olublar.

Proqramın icrası zamanı qarşıya çıxan obyektiv və subyektiv sosial mənzərələri də nəzərdən qaçırmaq olmaz. Layihə eksperti Samir Abdullayev sahədə rast gəlinən real problemlərə və uğurlara toxunmaqla qarşıya çıxan çətinlikləri xatırladaraq uzun müddət ayrı ərazilərdə yaşamış məcburi köçkünlərin bir icmada yenidən birləşməsi zamanı onlar arasında bağlılığın, icma anlayışının zəif olduğunu diqqətə çatdırdı. O, mental düşüncə səbəbindən tədbirlərin təşkil edildiyi məkanlara qadın benefisiarların həyat yoldaşları tərəfindən bəzən buraxılmadığını, benefisiar kimi layihədə qeydiyyatdan keçdikdən sonra bəzi qızların ərə gedərək başqa əraziyə köçməsi kimi halların müşahidə olunduğunu bildirdi.

Qayıdışın uğur göstəriciləri barədə danışan ekspertin fikrincə, müvəffəqiyyəti yalnız köçürülən insanların sayı ilə ölçmək düzgün olmaz. Əsas göstərici məskunlaşanların həmin ərazilərdə necə yaşamasıdır. Əgər keçmiş məcburi köçkün işləyirsə, övladı məktəbə gedirsə, tibbi xidmət problem ilə üzləşmirsə, biznes qurmaq və inkişaf etmək imkanı varsa və ən əsası, özünü orada rahat və təhlükəsiz hiss edirsə, o zaman Böyük Qayıdışın həqiqi nəticəsindən danışmaq olar. Əsas göstərici isə məcburi köçkünlərin köçməyə həvəsinin artmasıdır.

İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İctimai Birliyinin rəhbəri, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla birgə layihələrin idarə olunması sahəsində çoxillik təcrübəyə malik, icma səfərbərliyi üzrə tanınmış mütəxəssis Yasin Dadaşov keçirilən tədbirlərin və reinteqrasiya modelinin strateji əhəmiyyətini belə ümumiləşdirirdi: “Dünya Bankı və digər beynəlxalq təşkilatlarla birgə tərəfdaşlıq çərçivəsində illərlə toplanmış beynəlxalq və yerli təcrübə göstərir ki, hər hansı postmünaqişə ərazisində məskunlaşmanın uğuru infrastruktur yaradılması ilə bərabər, həm də insan kapitalının və icmadaxili sosial bağların gücləndirilməsi ilə ölçülür.

Onun sözlərinə görə, Böyük Qayıdış çərçivəsində tətbiq edilən icma səfərbərliyi modeli sakinlərin öz problemlərini müəyyənləşdirib yerli resurslarla həllini gerçəkləşdirmək bacarığını formallaşdırır. Əsas məqsəd isə keçmiş məcburi köçkünlərin daimi məskunlaşma yerlərində öz gələcəklərini özlərinin inşa etdiyi, iqtisadi cəhətdən müstəqil, rəqəmsal baxımdan savadlı və həmrəy icmalara çevrilməsinə nail olmaqdır. Yalnız bu halda Böyük Qayıdışın sarsılmaz dayanıqlılığı tam təmin edilə bilər.

Beləliklə, əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə uyğulaşması ilə bağlı layihə bir daha sübut edir ki, böyük sosial transformasiyalar yalnız kompleks yanaşma ilə mümkündür. Dövlət qurumlarının yaratdığı güclü infrastruktur zəminində həyata keçirilən bu icmayönümlü layihə soydaşlarımızın doğma torpaqlara təkcə fiziki olaraq deyil, həm də mənəvi, sosial və iqtisadi baxımdan tam inteqrasiya olunmasını reallaşdırır. İnkişaf etmiş rəqəmsal bacarıqlar, fəal icma qrupları, qadın və gənclərin artan iştirakçılığı və yeni gəlir imkanları Qarabağ və Şərqi Zəngəzurda həyatın dayanıqlı ritmini bərpa edir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri