Icma.az
close
up
RU
Məcnun Məmmədov: Aqrar sahədə tədqiqat və innovasiyalar dayanıqlı aqroərzaq sistemlərinə keçidin təməl daşlarıdır AZƏRTAC

Məcnun Məmmədov: Aqrar sahədə tədqiqat və innovasiyalar dayanıqlı aqroərzaq sistemlərinə keçidin təməl daşlarıdır AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Kənd təsərrüfatı - Ərzaq sistemində ədalətli keçid: COP29 Harmoniya Təşəbbüsü ilə uyğun inteqrasiya” mövzusunda panel müzakirə keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mavi Zonada fəaliyyət göstərən pavilyonunda keçirilən tədbirdə “COP29 Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”nə uyğun aqroərzaq sistemlərində ədalətli keçid, inklüziv proses vasitəsilə dayanıqlı ərzaq sistemləri üçün maliyyənin genişləndirilməsi, iqlimə dayanıqlı kənd təsərrüfatına nail olmaq üçün zəruri olan maliyyə alətləri və investisiyaları təşviq edən elmi əsaslı həllər mövzuları müzakirə edilib.

Panel müzakirənin moderatorluğunu Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzinin (ICARDA) Baş Direktorunun Ofisində iqlim dəyişikliyi üzrə baş məsləhətçi Roula Majdalani edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir dövrdə dayanıqlı aqroərzaq sistemlərinə keçid iqlim dəyişikliyinə daha həssas olan fermer və kənd icmalarına hərtərəfli dəstək tədbirlərini zəruri edir. Nazir bildirib ki, aqrar sahə iqlim dəyişmələrinin nəticələrindən təsirlənən sektor olmaqla yanaşı, istilik effekti yaradan qazların (İEYQ) atmosferə atılmasında da müəyyən paya malikdir. Bununla belə, kənd təsərrüfatı sektorunun emissiyaların azaldılması, dayanıqlılığın artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsində misilsiz potensialı var. Aqrar sahədə tədqiqat və innovasiyalar dayanıqlı aqroərzaq sistemlərinə keçidin təməl daşlarıdır.

Nazir qeyd edib ki, Azərbaycan hökuməti iqlimə uyğun “ağıllı kənd” təsərrüfatının formalaşdırılmasına xüsusi diqqət yetirir. Fəaliyyət strategiyasının mərkəzində kənd təsərrüfatı və ərzaq sistemlərinin iqlim fəaliyyətlərinə inteqrasiyası, uyğun siyasətlərin hazırlanması, innovasiyaların təşviqi, dəqiq əkinçilik, torpaq və su resurslarının mühafizəsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması, iqlimə dayanıqlı metodların tətbiqi, ətraf mühitə mənfi təsirlərin azaldılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi dayanır. Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizə kontekstində qlobal əməkdaşlıq üçün mərkəzi platforma rolunu oynayır, davamlı həlləri miqyasını genişləndirmək, fermerlərin, xüsusilə də qadın və gənclərin səlahiyyətlərini artırmaq üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə birgə fəaliyyəti uyğunlaşdırır. İqlim dəyişikliyi ilə mübarizədə öz öhdəliklərinə sadiq qalan Azərbaycan beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə vermək üçün səylə çalışır.

Müzakirələrdə çıxış edən ICARDA-nın İdarə Heyətinin üzvü Charles Spillane, FAO-nun İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Təbii sərvətlər üzrə baş mütəxəssisi İnkar Kadırjanova, JRT Təşəbbüsünün İcraçı direktoru Melissa Pinfield, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İqlim uyğunlaşması və təbiətin maliyyələşdirilməsi üzrə direktor müavini Rachael Barza, COP29 Prezidentliyinin eksperti Sona Abdullayeva, “İqlim, İqlim Dəyişikliyi və Cəmiyyət" (CLICCS) Mükəmməllik Klasterində Yer Sistemi Tədqiqatları və Davamlılıq Mərkəzinin (CEN) baş elmi işçisi Jan Vilkens iqlim dəyişikliyi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı, qlobal əməkdaşlıq çərçivəsində fundamental transformasiya yolu ilə dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması, aqroərzaq sistemlərində ədalətli keçid prosesində tədqiqat və innovasiyaların roluna dair müzakirələr aparıblar. Həmçinin dayanıqlı kənd təsərrüfatı sistemlərində ədalətli və inklüziv transformasiyanı dəstəkləmək üçün əsas maraqlı tərəflər arasında əməkdaşlığın təşviqi, yaşıl enerji və yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahədə qadınların rolunun daha da artırılması, aqroərzaq sistemlərində ədalətli keçid konsepsiyaların Milli Uyğunlaşma Planlarına (NAP) və Milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) daxil edilməsi məsələləri ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir iştirakçıları kənd təsərrüfatında əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatı, aqrar sahədə məhsuldarlığın artırılması üçün elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Panel müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri