Icma.az
close
up
RU
Məcnun Məmmədov Faruk Fıratoğlu ilə görüşdü Fotolar

Məcnun Məmmədov Faruk Fıratoğlu ilə görüşdü Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Dövlət Su İşləri İdarəsinin Baş direktorunun müavini Faruk Fıratoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında aqrar sahədə əməkdaşlıq, torpaqların konsolidasiyası sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Nazir Məcnun Məmmədov Azərbaycan Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın aqrar sektorun inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Dövlət Proqramında torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin olunması əsas prioritetlər kimi müəyyənləşib. Bu istiqamətdə proqramda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Nazir qeyd edib ki, pilot layihələrin icrasında Türkiyənin bu sahədə formalaşmış təcrübəsinin öyrənilməsi və tətbiqi, həmçinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Görüşdə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan pilot layihələr, torpaqların konsolidasiyası mexanizminin tətbiqi ilə bağlı hüquqi, institusional və texniki məsələlər, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, eləcə də gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Ekspertlərin Azərbaycanda torpaqların konsolidasiyası üzrə pilot layihələrin həyata keçiriləcəyi Qəbələ və Salyan rayonlarına səfəri, aparılan qiymətləndirmələrin nəticələri və ilkin təəssüratlar müzakirə olunub. Müzakirələr zamanı pilot ərazilərin mövcud vəziyyəti, konsolidasiya imkanları və layihələrin uğurla icrası üçün zəruri texniki və institusional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bilik və təcrübə mübadiləsinin davam etdirilməsi, müvafiq istiqamətdə birgə fəaliyyətin gücləndirilməsinin hər iki ölkənin aqrar sektorunun inkişafına töhfə verəcəyini vurğulayıblar.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 İyul 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri