Icma.az
close
up
RU
Medallarla təltif edilən veteran ev sənədləşdirmək adı ilə aldadıb, pul ələ keçirməkdə ittiham olunur

Medallarla təltif edilən veteran ev sənədləşdirmək adı ilə aldadıb, pul ələ keçirməkdə ittiham olunur

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

44 günlük Vətən müharibəsində iştirakına görə müxtəlif mesallarla təltif olunmuş Ramil İbadov indi də dələduzluğa görə məhkum edilib. O, ev sənədləşdirmək adı ilə aldadıb, pul ələ keçirməkdə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, 1984-cü il təvəllüdlü Ramil İbadov ailəvi dostları olan Seyranə xanıma məxsus, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən evin sənədləşməsi üçün ondan 6100 manat pul alıb. Zərərçəkmiş əvvəl ona 4100 manat, daha sonra 2000 manat pul verib. Lakin verilən vədə əməl olunmayıb.

Keçmiş hərbçi olan təqsirləndirilən şəxs ittihamı qəbul edib. O, bildirib ki, 2024-cü ildə ordudan tərxis olunub. Onun sözlərinə görə, zərərçəkmiş Seyranə xanımı uzun illərdir tanıyır. Günlərin birində eşidib ki, Seyranə xanım yaşadığı evin sənədlərini düzəltmək istəyir, bu işdə ona köməklik göstərməyə çalışıb. İfadəsindən o da məlum olub ki, zərərçəkmiş qızıllarını girov qoyaraq, 4100 manatı düzəldib ona verib. 2000 manatı isə “iPhone” markalı mobil telefon kreditlə götürüb, sonra onu nağd qiymətə satmaqla düzəldib: “Sənədlərin düzəldilməsi 4-5 aya həll olunmalı idi. Özünün bunu düzəltməyə səlahiyyətim yox idi. Adam tapıb düzəltmək istəyirdim. Pul xərcləndiyi üçün alınmadı”.

Zərərçəkmiş bildirib ki, yaşlı qadındır və Ramilə inanıb, lakin aldadılıb. Ona dəymiş ziyan tam ödənilsə də, təqsirləndirilən şəxslə barışmaq fikri yoxdur, ondan şikayətçidir. Gələcəkdə də ona qarşı dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə iddia qaldırmaq niyyətindədir.

Ramil İbadov Vətən müharibəsindən sonra “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Hakim hökm çıxararkən bunu, həmçinin onun himayəsində 3 azyaşlı uşağın olmasını, zərərçəkmişə dəymiş ziyanın tam ödənilməsini və s. halları nəzərə alıb. Ramil İbadova Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə 1 il 3 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun istintaq və məhkəmə dövründə ev dustaqlığında olduğu müddət də çıxılıb və üzərində 7 ay 8 gün cəza saxlanılıb. Bu müddətdə o, gecə saat 23.00-dan səhər saat 6-ya qədər yaşadığı evdən çıxmamalı, elektron qolbaqla gəzməli, Bakı ərazisini tərk etməməlidir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri