Icma.az
close
up
RU
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar keçirilib FOTOLAR

“Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar keçirilib FOTOLAR

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, 13 iyun 2025-ci il tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar təşkil olunub. Tədbirdə Mərkəzin 60-a yaxın şagirdi və müəllim heyəti, direktoru Pərviz Həmzəyev, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, İdarə Heyətinin üzvləri Prof. Dr. Qafar Cəbiyev və Məleykə Hüseynova iştirak ediblər.

Prof. Dr. Qafar Cəbiyev seminarda Azərbaycanın zəngin arxeoloji irsi və bu irsin qorunmasının aktual məsələləri haqqında məruzə edib. Məruzədə ölkənin müxtəlif bölgələrində aparılmış arxeoloji tədqiqatların nəticələri, aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin elmi əhəmiyyəti və bu irsin gələcək nəsillərə ötürülməsi vacibliyi vurğulanıb. O, arxeoloji irsin qorunması sahəsində mövcud problemlər, xüsusilə də təbii təsirlər və inşaat işləri zamanı irsin zərər görməsi, habelə təsadüfi tapıntıların qeydə alınması və elmi dövriyyəyə daxil edilməsinin əhəmiyyətini qeyd edib. Arxeoloji araşdırmaların yalnız mütəxəssislər tərəfindən və elmi əsaslarla aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Prof. Dr. Qafar Cəbiyev, eyni zamanda, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin bu sahədə həyata keçirdiyi layihələr, ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində atdığı addımlar haqqında danışıb. Mədəni irsin təbliğində televiziya və digər media vasitələrinin rolu xüsusi olaraq vurğulanıb, ictimai rəyin formalaşmasında bu qurumların əhəmiyyətindən bəhs olunub. Məruzədə tarixi biliklərin əhəmiyyəti ilə yanaşı, yerli idarəetmə qurumları – bələdiyyələr və icra strukturlarının arxeoloji irsin qorunmasına göstərə biləcəyi dəstək imkanları da qeyd olunub. Bəzi hallarda mədəni irs abidələrinin qəsdən və ya məlumatsızlıq ucbatından dağıdılması halları ilə bağlı narahatlıq ifadə edilib, bu irsin həm mənəvi, həm də maddi dəyərinin cəmiyyətə izah olunmasının zəruriliyi vurğulanıb.

Xüsusilə Qarabağ bölgəsində aparılan tədqiqatlara toxunan natiq, bu ərazilərdə aşkarlanmış arxeoloji və tarixi irsin sistemli şəkildə öyrənilməsinin və sənədləşdirilməsinin vacibliyini qeyd edib. Sonda, Prof. Dr. Qafar Cəbiyev Qəbələ şəhərinin tarixi əhəmiyyətindən söz açaraq, burada yerləşən qədim Qəbələ şəhər yerinin dövlət tərəfindən qoruq elan olunmasında Ümummilli lider Heydər Əliyevin xüsusi rolunu vurğulayıb, bu istiqamətdə dövlətin uzunmüddətli və ardıcıl siyasətinin nəticələrini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən direktor Pərviz Həmzəyev mədəni irsin mühafizəsi və təbliği mövzusunda mühüm məqamlara toxunub. O, ilk olaraq Qax rayonunda yerləşən və nadir memarlıq nümunələrindən biri sayılan Qum məbədinin hazırkı vəziyyəti ilə bağlı məlumat verib, abidənin konservasiya və mühafizə ehtiyacına diqqət çəkib. Çıxışda bu abidənin regionun dini-mədəni tarixindəki yeri vurğulanıb və onun qorunmasının yalnız dövlət deyil, vətəndaş cəmiyyətinin də vəzifəsi olduğu qeyd olunub.

Pərviz Həmzəyev çıxışında “mədəni irs nədir?” sualını irəli sürərək bu anlayışın cəmiyyət tərəfindən düzgün başa düşülməsinin zəruriliyini bildirib. O, mədəni irsin təkcə daş və tikililərdən ibarət olmadığını, həm də yaddaş, kimlik və tarix olduğunu vurğulayıb. Bakı ətrafında yerləşən Buzovna abidələri – Hun qəbiristanlığı, Tərsa piri və tarixi hamam kompleksləri haqqında məlumat verən natiq, bu abidələrin Azərbaycanın çoxşaxəli tarixini əks etdirdiyini və tədqiqatla yanaşı qorunmasının vacib olduğunu bildirib.

Çıxışda xalqın arxeoloji irsin qorunmasında rolu xüsusi vurğulanıb, vətəndaşların bu prosesə cəlb edilməsi və ictimai şüurun artırılmasının əhəmiyyəti qeyd edilib. Pərviz Həmzəyev bildirib ki, mədəni irsin qorunmasında yalnız dövlətin deyil, cəmiyyətin də fəal iştirakı uğurun əsas şərtidir. Sonda direktor sosial medianın mədəni irsin təbliğində yeni və təsirli bir platforma kimi rolunu qeyd edərək, müasir texnologiyaların imkanları vasitəsilə mərkəzin tələbələrinin bu sahəyə cəlb olunmasının mümkünlüyünü vurğulayıb. O, həmçinin mədəni irs abidələrinin vəziyyətinin operativ şəkildə qiymətləndirilməsi və yeni aşkarlanmış artefaktların vaxtında müvafiq dövlət orqanlarına çatdırılması üçün xüsusi təcili əlaqə nömrələrinin mövcud olmasının vacibliyini əlavə edib.

Daha sonra çıxış edən layihə rəhbəri Fariz Xəlilli layihə çərçivəsində mərkəzlə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görülə biləcək mümkün tədbirlər haqqında fikirlər səsləndirib. O, bildirib ki, bu layihənin əsas məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsini təmin etməkdir. Layihə çərçivəsində ali, orta ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraqlı tərəflər cəlb olunacaq, mədəni irs sahəsində savadlılıq təşviq ediləcək. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanacaq, qruplar üzrə sertifikatlı kurslar və praktiki təlimlər təşkil olunacaq, eləcə də müvafiq təhsil müəssisələrinin şagird, tələbə və müəllim heyəti üçün seminarlar keçiriləcəkdir.

Seminar interaktiv formada davam etdirilib. Mərkəzin kitabxanasına, müəllim və tələbələrə birliyin nəşrləri hədiyyə olunub.

Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Fotolar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 İyun 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri