Icma.az
close
up
RU
“Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar keçirilib FOTOLAR

“Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar keçirilib FOTOLAR

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, 17 iyun 2025-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar təşkil olunub. Tədbirdə universitetin 20-yə yaxın rəhbər və müəllim heyəti, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Həsənli iştirak ediblər.

Arzu Həsənli seminarda mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti barədə məruzə ilə çıxış edib. O bildirib ki, mədəni irsin sosiallaşması – mədəni dəyərlərin, adətlərin və simvolların fərddən cəmiyyətə və nəsildən-nəslə ötürülməsi prosesidir. Bu proses mədəniyyətin qorunması və yaşadılması baxımından, cəmiyyətin davamlılığını təmin edən əsas mexanizmlərdən biridir. Natiq qeyd edib ki, ailədə formalaşan ilkin sosiallaşma uşaqlarda mədəni kimliyin əsasını qoyur. Məktəbdə isə bu biliklər daha da dərinləşir, şagirdlər milli-mənəvi irslə bağlı tədris və tədbirlərlə tanış olurlar. İcma sosiallaşması isə təcrübənin kollektiv şəkildə paylaşılmasına və mədəni irsin gündəlik həyatda yaşadılmasına imkan yaradır. Arzu Həsənli vurğulayıb ki, mədəni irsin sosiallaşması həm keyfiyyət, həm də iştirak səviyyəsi baxımından müxtəlif metodlarla ölçülə bilər. İlkin və sonrakı sosiallaşma mərhələləri bu prosesin ardıcıl və dayanıqlı olmasını təmin edir. O əlavə edib ki, müasir dövrdə texnologiyalar mədəni irsin geniş yayılmasına yeni imkanlar yaratsa da, bəzən sosiallaşmanın zəifləməsinə də səbəb ola bilir. Azərbaycanda mədəni irsin sosiallaşması sahəsində qanunvericilik və dövlət proqramları mövcuddur, YUNESKO ilə əməkdaşlıq isə bu istiqamətdə beynəlxalq səviyyədə əhəmiyyət daşıyır. Sonda Arzu Həsənli qeyd edib ki, mədəni irsin sosiallaşması cəmiyyətin kimliyinin və mədəni davamlılığının əsas sütunlarından biridir.

Tədbirdə çıxış edən layihə rəhbəri Fariz Xəlilli Azərbaycan Turizm və Menecment Universiteti ilə PICASP layihəsi çərçivəsində uğurlu əməkdaşlığı xatırladıb. “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində bu əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə həyata keçirilə biləcək mümkün tədbirlər barədə fikirlərini bölüşüb. O, bildirib ki, layihənin əsas məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsini təmin etməkdir. Layihə çərçivəsində ali, orta ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraqlı tərəflər cəlb olunacaq, mədəni irs sahəsində savadlılıq təşviq ediləcək. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsait hazırlanacaq, qruplar üzrə sertifikatlı kurslar və praktiki təlimlər təşkil olunacaq, eləcə də müvafiq təhsil müəssisələrinin şagird, tələbə və müəllim heyəti üçün seminarlar keçiriləcəkdir.

Seminar interaktiv formatda davam etdirilib. Rektor köməkçisi Samir Məhərrəmov, Çingiz Əliyev, Günay Qafarova və digər müəllimlər çıxış ediblər. Universitetin müəllimlərinə Birliyin nəşrləri hədiyyə olunub.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 İyun 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri