“Xarici Dil Öyrənmənin Əhəmiyyəti və Sürətli Öyrənmə Strategiyaları” mövzusunda interaktiv seminar keçirilib
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Cəmşid Naxçivanski adına Hərbi Liseydə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, xarici dil üzrə mütəxəssis Günay Əkbərova tərəfindən kursantlar üçün “Xarici Dil Öyrənmənin Əhəmiyyəti və Sürətli Öyrənmə Strategiyaları” mövzusunda interaktiv seminar keçirilib.
525.az xəbər verir ki, seminar liseyin metodist müəllimi Şəlalə Haqverdiyevanın dəvəti və koordinasiyası ilə baş tutub.
Tədbir zamanı xarici dillərin hərbi və peşəkar inkişafda rolu, beynəlxalq ünsiyyət bacarıqlarının əhəmiyyəti, eləcə də dil öyrənmə prosesini sürətləndirən effektiv strategiyalar barədə geniş məlumat verilib. Seminar interaktiv formatda təşkil olunub, kursantlar müzakirələrə cəlb edilib, praktiki tapşırıqlar və motivasiyaedici real həyat nümunələri təqdim edilib.
Seminar çərçivəsində kursantlar dil öyrənmədə yaddaşı gücləndirən üsullar, özünə inamı artıran yanaşmalar və gündəlik həyatla əlaqələndirilmiş öyrənmə metodları ilə tanış olub, mövzuya yüksək maraq göstəriblər.
Tədbirin sonunda kursantların sualları cavablandırılıb, seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və faydalı hesab edilib. Keçirilən seminar kursantların xarici dil biliklərinin və kommunikativ bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 17 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















