Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Mədəni yaddaşımızın canlı salnaməsi ŞƏRH

Mədəni yaddaşımızın canlı salnaməsi ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Şuşanın azad edilməsi yalnız bir şəhərin işğaldan qurtuluşu deyil, Azərbaycan xalqının tarixi ədalətə, milli birliyə və ərazi bütövlüyünə gedən mübarizəsinin möhtəşəm nəticəsidir.

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə ölçülmür. Belə günlər xalqın yaddaşına, milli qüruruna, dövlətçilik düşüncəsinə və gələcək nəsillərin mənəvi dünyasına əbədi həkk olunur. 8 Noyabr da Azərbaycan xalqı üçün məhz belə tarixi günlərdən biridir. Bu tarix Şuşanın işğaldan azad edilməsi, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və milli iradənin sarsılmazlığının təntənəsi kimi yaddaşımıza yazılıb.

2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini Azərbaycan xalqına bəyan etdi. Həmin gün ölkəmizin müasir tarixində yeni bir səhifə açıldı. Şuşanın azadlığı xalqımızın onilliklər boyu qəlbində yaşatdığı doğma yurda qovuşmaq arzusunun gerçəkləşməsi, tarixi ədalətin bərpası və milli qürurun təntənəsi idi.

Şuşanın tarixi XVIII əsrə, Qarabağ xanlığının yaranması dövrünə gedib çıxır. Şəhərin əsası 1752-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən qoyulub. Əlverişli coğrafi mövqeyi, sıldırım qayalarla əhatə olunması və təbii müdafiə imkanları Şuşanı mühüm strateji mərkəzə çevirib.

Şuşa Azərbaycan mədəniyyətinin inkişafında müstəsna rol oynayan şəhərlərimizdəndir. Dahi bəstəkar Üzeyir Hacıbəyli, görkəmli xanəndə Bülbül, böyük şair Molla Pənah Vaqif, Azərbaycan poeziyasının incilərini yaradan Xurşidbanu Natəvan bu şəhərin yetişdirdiyi parlaq simalardandır.

Şuşa musiqi, poeziya, sənətkarlıq və memarlığın qovuşduğu nadir mədəniyyət məkanıdır. Muğam sənətimizin inkişafında, Qarabağ musiqi məktəbinin formalaşmasında şəhərin xüsusi yeri var. Təsadüfi deyil ki, Şuşa uzun illər Azərbaycanın musiqi beşiyi, incəsənət məbədi kimi tanınıb. Onun küçələrində səslənən muğam, şeir məclisləri və sənət ənənələri xalqımızın mədəni həyatına silinməz izlər qoyub.

Şuşanın tarixi əhəmiyyəti yalnız keçmişlə məhdudlaşmır. Bu şəhər Azərbaycan xalqının öz köklərinə bağlılığının, milli kimliyini qorumaq əzminin və mədəni irsinə sahib çıxmaq iradəsinin rəmzidir. Məhz buna görə Şuşanın işğalı xalqımız üçün təkcə torpaq itkisi deyil, həm də mənəvi ağrı idi.

1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu hadisə Azərbaycan xalqının yaddaşında ağır faciə kimi qaldı. Şuşa ilə birlikdə onun tarixi abidələri, məscidləri, muzeyləri, tarixi evləri və mədəniyyət ocaqları da ciddi dağıntılara məruz qaldı.

Nəsillər dəyişsə də, Şuşaya qayıdış arzusu dəyişmədi. Bu arzu xalqın milli yaddaşında, ədəbiyyatında, musiqisində və ictimai düşüncəsində yaşamaqda davam etdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücumlarına cavab olaraq Vətən müharibəsi başladı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına keçdi. 44 gün davam edən müharibə ərzində hərbçilərimiz yüksək döyüş ruhu, peşəkarlıq, fədakarlıq və Vətən sevgisi nümayiş etdirdilər.

Hər kəsin düşüncəsində bir amal var idi: torpaqlarımız azad olunsun, üçrəngli bayrağımız doğma Qarabağda dalğalansın.

Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mürəkkəb və həlledici mərhələlərindən biri oldu. Şəhərin dağlıq relyefi, sıldırım qayaları, mürəkkəb keçidləri və müdafiə üçün əlverişli mövqeyi hərbi əməliyyatların aparılmasını son dərəcə çətinləşdirirdi.

Şuşa əməliyyatı Azərbaycan hərbçilərinin döyüş hazırlığının, çevikliyinin və Vətənə bağlılığının parlaq nümunəsi kimi tarixə düşdü. Bu qələbə sübut etdi ki, xalqın milli iradəsi, ordunun döyüş əzmi və dövlətin qətiyyətli mövqeyi bir məqsəd ətrafında birləşdikdə ən mürəkkəb maneələri belə dəf etmək mümkündür.

Şuşanın azad edilməsi Azərbaycan dövlətinin hərbi və siyasi tarixində dönüş nöqtəsi oldu. Bu hadisə Vətən müharibəsinin sonrakı gedişinə ciddi təsir göstərdi və müharibənin yekunlaşmasında mühüm rol oynadı. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən üçtərəfli Bəyanat imzalandı və hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edildi.

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə noyabrın

8-i Azərbaycanda Zəfər Günü elan edildi. Daha sonra, 31 iyul 2023-cü il tarixli Sərəncamla noyabrın 8-i Şuşa Şəhəri Günü kimi də təsis olundu. Beləliklə, bu tarix həm Azərbaycanın tarixi Zəfərini, həm də Şuşanın azadlığını təcəssüm etdirən xüsusi əhəmiyyətli günə çevrildi.

Bu iki əlamətdar məna bir-birini tamamlayır. Zəfər Günü dövlətimizin suverenliyinin və milli iradəsinin təntənəsidirsə, Şuşa Şəhəri Günü həmin Zəfərin mənəvi simvolunu, tarixi və mədəni dəyərlərimizin qorunmasını ifadə edir.

Şuşa bu gün həm keçmişimizin canlı şahidi, həm də gələcəyimizin ümid və inkişaf rəmzidir. Onun hər daşı, hər küçəsi, hər tarixi abidəsi xalqımızın yaddaşında xüsusi yer tutur. Bu şəhərin azadlığı ilə Azərbaycan xalqı öz tarixinə, mədəniyyətinə və milli kimliyinə sahib çıxdığını bütün dünyaya nümayiş etdirdi.

Bu əlamətdar günün gələcək nəsillər üçün də böyük tərbiyəvi əhəmiyyəti var. Gənclərimiz Şuşanın tarixini, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, şəhidlərimizin fədakarlığını dərindən öyrənməli, milli dəyərlərimizi qorumağı özlərinin vətəndaşlıq borcu hesab etməlidirlər.

Şuşanın adı bundan sonra da Azərbaycan tarixində qürurla çəkiləcək. Onun mədəniyyət və sənət ənənələri yaşayacaq, küçələrində musiqi səslənəcək, tarixi abidələri gələcək nəsillərə xalqımızın zəngin keçmişindən xəbər verəcək.

Şuşa – dünənin qəhrəmanlıq salnaməsi, sabahın inkişaf rəmzi

8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü Azərbaycan xalqının yenilməz ruhunun, milli birliyinin, siyasi iradəsinin və Vətən sevgisinin əbədi təcəssümüdür.

Bu gün biz yalnız keçmiş qələbəmizi qeyd etmirik, həm də gələcək nəsillərə mühüm bir mesaj veririk: Vətənə sevgi sözlə deyil, əməllə, sədaqətlə və məsuliyyətlə sübut olunur.

Şuşa azaddır, Qarabağ dirçəlir, Azərbaycan öz tarixi gələcəyini inamla qurur!

Qoy Şuşanın zirvəsində dalğalanan üçrəngli bayrağımız daim uca olsun! Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşasın!

Qarabağ Azərbaycandır!

Gülnaz Rüstəmova

YAP Babək rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see421

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see346

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see320

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see317

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see297

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see293

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see291

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see274

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see272

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see264

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see246

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see227

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see210

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see208

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see194

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see186

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see185

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri