Səfir BƏƏ nin mədəniyyət diplomatiyası haqqında mühazirə ilə çıxış edib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfiri Mohammed Al Blooshi Shane Academy-də BƏƏ-nin mədəniyyət diplomatiyası haqqında mühazirə ilə çıxış edib.
Səfirlikdən "Xalq Cəbhəsi"nə verilən məlumata görə, səfir vurğulayıb ki, BƏƏ həm köklü ənənələrə, həm də gələcəyə parlaq baxışlara malik olan bir ölkədir: “Vurğulamaq lazımdır ki, BƏƏ-nin mədəni diplomatiyası qarşılıqlı hörmət, beynəlxalq əməkdaşlıq və qlobal rifah üçün dialoq, təhsil və mədəni mübadilələri dəstəkləyir”.
BƏƏ-nin müxtəlif mədəniyyətlərin mərkəzi hesab edildiyini, təhlükəsizlik və firavanlıq şəraitində yan-yana yaşayan və işləyən 200-dən çox millətə ev sahibliyi etdiyini qeyd edən səfir əlavə edib ki, BƏƏ növbəti 50 il ərzində dünyanın yaşamaq və işləmək üçün ən yaxşı ölkələrindən biri statusunu qoruyub saxlamaq üçün səylərə sərmayə qoymağa davam edəcək.
Tədbir BƏƏ mədəniyyətinə həsr olunmuş video təqdimatla və iştirakçılarla sual-cavab sessiyası ilə davam edib.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 27 May 2025 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















