Icma.az
close
up
RU
Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı təqdim olunub

Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı təqdim olunub

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Antalyada Azərbaycan Mədəniyyət Elçiləri Forumu çərçivəsində Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı – www.azcultureglobal.org təqdim edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, portal Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə hazırlanıb.

Mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, bu portal vasitəsilə mədəniyyət elçiləri elektron şəkildə əlaqələndiriləcək, ortaq layihələrin icrası və qarşılıqlı əməkdaşlıq asanlaşdırılacaq: “Hər bir xaricdə yaşayan soydaşımız öz fərdi kabinetinə daxil olaraq ümumi məlumatlara, hər ölkədə təşkil olunan mədəniyyət layihələrinə, keçirilən tədbirlərə və digər yeniliklərə çıxış əldə edə biləcək. Portal həmçinin Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihələrlə bağlı davamlı məlumat mübadiləsini təmin edəcək”.

Onun sözlərinə görə, bu sistemin tətbiqi Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda koordinasiyalı şəkildə tanıdılmasına, eləcə də xaricdə yaşayan soydaşlarımız arasında mədəni həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək.

Bununla yanaşı nazir ümumilikdə forumun vacibliyindən danışıb. O bildirib ki, bu forumda 40-dan çox ölkədən 200-dən artıq mədəniyyət xadimi iştirak edir: “Mədəniyyət sahəsində yeniliklərin müzakirəsi, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təqdim olunması istiqamətində ortaq yanaşmanın formalaşdırılması forumun əsas məqsədidir. Bütün bu işlərin vacib hissəsi mədəniyyət xadimlərimizin, xaricdə və Azərbaycanda yaşayan soydaşlarımızın fəaliyyətinə dəstək vermək və onların imkanlarından istifadə edərək Azərbaycan mədəniyyətini dünyada daha geniş təqdim etməkdir”.

Qeyd edək ki, yeni portal Azərbaycan mədəniyyətini dünyada birləşdirən və tanıdan vahid qlobal şəbəkə rolunu oynayır. Layihənin məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı mədəniyyət nümayəndələrini vahid rəqəmsal məkanda bir araya gətirmək, onların fəaliyyətini əlaqələndirmək və beynəlxalq əməkdaşlıqları təşviq etməkdir.

Platforma vasitəsilə hər bir mədəniyyət elçisi fərdi kabinet əldə edərək öz fəaliyyəti, layihələri və tədbirləri barədə məlumat paylaşa biləcək. Portalda həmçinin interaktiv xəritə, tədbir təqvimi, axtarış sistemi və analitik hesabat bölməsi mövcuddur.

Rəqəmsal sistem Azərbaycan mədəniyyətinin qlobal səviyyədə tanıdılması, eləcə də yaradıcılıq potensialının koordinasiyalı şəkildə təqdim olunması məqsədinə xidmət edir.

Tədbir çərçivəsində, həmçinin “Milli dilli” layihəsinin təqdimatı da keçirilib.

Layihənin məqsədi Azərbaycan dilinin təbliği, onun zənginliklərinin və ifadə imkanlarının beynəlxalq səviyyədə tanıdılması, eləcə də xaricdə yaşayan soydaşlarımız arasında milli dili qorumaq və inkişaf etdirmək istiqamətində fəaliyyətlərin gücləndirilməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 04 Noyabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri