Mədəniyyət Evindən 2500 manatlıq oğurluq edildi FOTOLAR KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağcabədi rayon Mədəniyyət Evindən müxtəlif növ məişət və elektrik əşyaları oğurlayan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, 11 iyul tarixində Ağcabədi rayon Mədəniyyət Evindən oğurluq edilməsi barədə RPŞ-yə məlumat daxil olub.
Məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elmin Qarayev saxlanılıb.
Araşdırmalarla onun 2500 manat miqdarında müxtəlif növ məişət və elektrik əşyaları oğurladığı müəyyən edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 May 2025 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















