Icma.az
close
up
RU
“Mədəniyyət Könüllüləri” hesabat toplantısı keçirdi FOTO

“Mədəniyyət Könüllüləri” hesabat toplantısı keçirdi FOTO

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İctimai Birliyin hesabat toplantısı ilin yekunlarına həsr olunub

Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2024-cü ilin yekunlarına dair hesabat toplantısı baş tutub. Toplantının əvvəlində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra il ərzində ərsəyə gələn layihələri və könüllülük fəaliyyətini əhatə edən videoçarx təqdim olundu.

Toplantıda açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Murad Hüseynov təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini söylədi. Onlara gələcək işlərində uğurlar arzuladı. Murad Hüseynova “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Naziri Adil Kərimliyə məxsus mükafat təqdim olundu.

 Daha sonra İctimai Birliyin fəaliyyəti haqqında fikirlərini söyləmək üçün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin icraçı direktoru Aygün Əliyeva, Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlı, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev səhnəyə dəvət aldılar. “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli isə hesabat nitqi söyləyərək çıxışının sonunda müxtəlif qurum rəhbərlərini “Mədəniyyət Könüllüləri” İctimai Birliyi ilə davamlı və səmərəli əməkdaşlığına, könüllülərin fəaliyyətinə göstərdikləri dəstəyə görə təltif etdi.

 Tədbirdə il ərzdindəki fəaliyyətlərinə görə 10 mədəniyyət könüllüsü Ülviyyə Əhmədli, Tüncay Hüseynzadə, Məryəm Əlizadə, Fərid Babayev, Nərmin İbrahimli, Pərviz Mirzəzadə, Fatimə Həsənzadə, Ziyat Yadigar, Ləman Xəlilova və Tale Həsənzadə “İlin Mədəniyyət Könüllüləri” mükafatı ilə təltif olundular. Toplantı Mədəniyyət Könüllülərinin fəxri üzvü İlkin Dövlətovun və Bəbir Bəbirliyin ifası ilə sona çatdı.

Qeyd edək ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin məqsədi, mədəniyyət və incəsənət sahələrində könüllülərin fəaliyyətini təşfiq etmək, dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, istedadlı şəxslərin peşəkar inkişafına şərait yaradaraq onların innovativ təşəbbüslərini dəstəkləmək, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində maarifləndirmə işi aparmaq, mədəni və sosial layihələr həyata keçirməkdir.

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri