Icma.az
close
up
RU
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub

Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Mədəniyyət naziri noyabrın 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında kollektivlə görüşüb. Musiqili Teatrın zəngin keçmişə, özünəməxsus sənət ənənələrinə malik olduğunu deyən nazir ölkəmizdə teatr sahəsinə göstərilən dövlət dəstəyindən danışıb.
Bildirib ki, Prezident İlham Əliyev mədəniyyət sahəsinin də inkişafını daim diqqətdə saxlayır. Son illərdə teatrlarımızın maddi-texniki təchizatının yaxşılaşdırılması, paytaxtda, həmçinin bölgələrdə yeni teatr binalarının tikilməsi və əsaslı təmir-bərpası istiqamətində böyük işlər görülüb və bu sahədə fəaliyyət davam etdirilir.
Qeyd olunub ki, zaman-zaman Musiqili Teatrda korifey sənətkarlar çalışıb, Azərbaycan və dünya dramaturgiyasının diqqətəlayiq nümunələri tamaşaya qoyulub. Kollektiv tamaşaçıların estetik zövqünü oxşayan maraqlı səhnə əsərlərini nümayiş etdirir. Musiqili Teatr da nazirliyin dəstəyi ilə həm ölkədaxili, həm də xarici qastrol səfərlərində iştirak edir.
Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev kollektivlə görüşə görə nazirə minnətdarlığını bildirib, teatrın uğurları ilə yanaşı, bəzi diqqət çəkilməli olan məsələlərdən danışıb.
Teatrın əməkdaşları – Xalq artistləri İlham Namiq Kamal, Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Nadir Xasiyev, Əməkdar incəsənət xadimi dirijor Fəxrəddin Atayev, aktyorlar Gülcahan Salamova, Eleonora Mustafayeva, Gültac Əlili, xor artistləri Aydan Əliyeva, Günel Qafarova, teatrın quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədova, teatrın baş rəssamı Vüsal Rəhim və başqaları çıxış ediblər. Kollektivin üzvləri təklif və müraciətlərini dilə gətiriblər.
Nazir deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən teatr sahəsində də islahatların aparılması prioritet istiqamətlərdən biridir.
Sonda kollektivin bir sıra üzvlərinin sualları cavablandırılıb.
AzVision.az
Qalereya
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 Noyabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri