Icma.az
close
up
RU
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşdü FOTOLAR

Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşdü FOTOLAR

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mədəniyyət naziri Adil Kərimli noyabrın 6-da Dövlət Film Fondunda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş film layihələri müsabiqəsi və post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsində qalib gələn şirkətlərin nümayəndələri ilə görüşüb.
Demokrat.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və ARKA-nın məsul şəxsləri, tanınmış kino xadimlərinin də iştirak etdiyi görüşdə agentliyin 2023–2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi və post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi, həmçinin dəstək verilən digər filmlərin hazırkı vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb, rejissor və prodüserlərin rastlaşdığı problemlər dinlənilib.
ARKA-nın fəaliyyəti haqqında məlumat verən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, qurumun əsas hədəfi film istehsalçıları üçün əlverişli ekosistemin yaradılmasıdır. Bildirilib ki, ARKA tərəfindən ötən il elan olunan film layihələri müsabiqəsində ərsəyə gətirilən işlərin müdafiə (pitçinq) mərhələsi gerçəkləşib. Bu mərhələdə layihələr Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib. Bu müsabiqə vasitəsilə 40-dan çox film istehsalata buraxılıb.
Nazir söyləyib ki, ölkəmiz 2023–2024-cü illərdə beynəlxalq film müsabiqələrində uğurla təmsil olunub: “Bu, çox müsbət haldır və bizi sevindirir. Lakin nəticələr bizim üçün, yəqin ki, sizlər üçün də hələlik qənaətbəxş deyil. Çünki bu sahədə potensial olduqca çoxdur və ondan istifadə etməliyik. Bunun üçün də film çəkilişləri zamanı infrastruktur baxımından meydana gələn çətinlikləri və problemləri müzakirə etmək vacibdir”.
Sonra kommersiya və animasiya filmlərinin çəkilməsi, film istehsalı üçün maliyyə mənbəyinin tapılması, vahid dövlət satınalma müqaviləsi, kino tənqidi sahəsinin inkişafı, kino sahəsində vergi güzəştləri, orta nəsil rejissorların işə daha çox cəlb edilməsi, sənədli filmlər studiyalarının yenidən bərpa olunması, idman filmlərinə dəstək, televiziya filmlərinin maliyyələşdirilməsi və s. mövzularda təkliflər səsləndirilib.
Diqqət mərkəzinə çəkilən məsələlərə münasibət bildirən nazir kinonun ümumi inkişafına xidmət edəcək hər bir rəy və təklifin nəzərə alınacağını söyləyib.
Görüşdə həmçinin kino sahəsində kadr çatışmazlığı, filmlərin dublyajı ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahizələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.
Nazir mədəniyyətin bir çox sahəsində kadr çatışmazlığının özünü göstərdiyini bildirib. Deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən kino sahəsində kadr hazırlığına böyük əhəmiyyət verilir və bununla bağlı Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd proqramı” həyata keçirilib. Proqramda qaliblər gələn gənclərdən 6 nəfəri (ötən il 1 nəfər olub) xaricdə kino sahəsi üzrə nazirliyin qrantı əsasında təhsil alır.
Bədii, sənədli kino ilə yanaşı, animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin inkişafına xüsusi diqqət ayrılacağını söyləyib.
Adil Kərimli görüşün sonunda kino ictimaiyyəti ilə belə geniş tərkibdə, işgüzar və səmimi atmosferdə ünsiyyətdən məmnunluğunu bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.














Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri