Icma.az
close
up
RU
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşdü

Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşdü

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Mədəniyyət naziri Adil Kərimli Dövlət Film Fondunda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş film layihələri müsabiqəsi və postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsində qalib gələn şirkətlərin nümayəndələri ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə ARKA-nın fəaliyyəti haqqında məlumat verən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, qurumun əsas hədəfi film istehsalçıları üçün əlverişli ekosistemin yaradılmasıdır.

Bildirilib ki, ARKA tərəfindən ötən il elan olunan film layihələri müsabiqəsində ərsəyə gətirilən işlərin müdafiə (pitçinq) mərhələsi gerçəkləşib. Bu mərhələdə layihələr Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib. Bu müsabiqə vasitəsilə 40-dan çox film istehsalata buraxılıb.

Nazir söyləyib ki, ölkəmiz 2023–2024-cü illərdə beynəlxalq film müsabiqələrində uğurla təmsil olunub: “Bu, çox müsbət haldır və bizi sevindirir. Lakin nəticələr hələlik qənaətbəxş deyil. Çünki bu sahədə potensial olduqca çoxdur və ondan istifadə etməliyik. Bunun üçün də film çəkilişləri zamanı infrastruktur baxımından meydana gələn çətinlikləri və problemləri müzakirə etmək vacibdir”.

Sonra kommersiya və animasiya filmlərinin çəkilməsi, film istehsalı üçün maliyyə mənbəyinin tapılması, vahid dövlət satınalma müqaviləsi, kino tənqidi sahəsinin inkişafı, kino sahəsində vergi güzəştləri, orta nəsil rejissorların işə daha çox cəlb edilməsi, sənədli filmlər studiyalarının yenidən bərpa olunması, idman filmlərinə dəstək, televiziya filmlərinin maliyyələşdirilməsi və s. mövzularda təkliflər səsləndirilib.

Diqqət mərkəzinə çəkilən məsələlərə münasibət bildirən nazir kinonun ümumi inkişafına xidmət edəcək hər bir rəy və təklifin nəzərə alınacağını söyləyib.

Görüşdə, həmçinin kino sahəsində kadr çatışmazlığı, filmlərin dublyajı ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahizələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.

Nazir mədəniyyətin bir çox sahəsində kadr çatışmazlığının özünü göstərdiyini bildirib. Deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən kino sahəsində kadr hazırlığına böyük əhəmiyyət verilir və bununla bağlı Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” həyata keçirilib. Proqramda qalib gələn gənclərdən 6 nəfəri (ötən il 1 nəfər olub) xaricdə kino sahəsi üzrə nazirliyin qrantı əsasında təhsil alır.

Bədii, sənədli kino ilə yanaşı, animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin inkişafına xüsusi diqqət ayrılacağını söyləyib.

Adil Kərimli görüşün sonunda kino ictimaiyyəti ilə belə geniş tərkibdə, işgüzar və səmimi atmosferdə ünsiyyətdən məmnunluğunu bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi? Bakıda Xalq Teatrları Festivalı keçirildi Oğlunu sellofana bükdürüb basdırmışdı ki, üstünə yağış yağmasın... - Bir qəzanın anatomiyası
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri