Icma.az
close
up
RU
Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək Yeni Çağ Media

Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək Yeni Çağ Media

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Kürdəmirdə vətəndaşları qəbul edəcək.

Mədəniyyət Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Yevlax, Mingəçevir, Göyçay rayonlarından olan vətəndaşların qəbulu 2024-cü il dekabrın 14-də saat 10:00-da Kürdəmir rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 20) keçiriləcək.

Qeyd edək ki, vətəndaşlar 2024-cü il dekabrın 11-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

www.yenicag.az

seeBaxış sayı:77
embedMənbə:https://yenicag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri