Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyi niyə bizi film festivallarına dəvət etmir?

Mədəniyyət Nazirliyi niyə bizi film festivallarına dəvət etmir?

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Mədəniyyət Nazirliyi və ARKA (Azərbaycan Respublikası Kino Agentliyi) niyə belə edir? 2014-cü ildən etibarən Azərbaycanla yanaşı xarici ölkələrdə də çəkilirəm. Bura Türkiyə, Gürcüstan, Rusiya və Özbəkistan aiddir. Bu 11 ildə hər şeyi özüm etmişəm. Uzun-uzadı danışıqlar, vəsait xərcləyərək çəkib göndərdiyimiz sınaq çəkilişləri, piar və sair... Heç kimdən də heç nə ummamışam, istəməmişəm. Ölkəmi və dövlətimi də layiqincə təmsil etmişəm bir aktyor, sənətçi kimi. 11 ildə olduğum hər yerdə kinomuzu tək canıma təbliğ etmişəm".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Sənan Əllez sosial şəbəkədə yazıb. Aktyor Mədəniyyət nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyindən şikayətlənib:

"Son zaman gördüklərim məni ciddi narahat edir və suallar doğurur. Mədəniyyət Nazirliyi və ARKA dayanmadan xarici ölkələrdə kino günləri və kino ilə bağlı tədbirlər keçirir. Yaxşı edir, görək nəticəsi nə olacaq, gözləyək... Amma ölkəsində tək-tük xaricdə çəkilən aktyor var ki, onları biz nədənsə həmin tədbirlərdə görmürük. Niyə?".

Sənan əlavə edib ki, xaricdə keçirilən kino ilə bağlı tədbirlərə dəvət almır:

"Məsələn, bu il Tiflisdə kino ilə bağlı tədbir keçirildi. Mən 2016-da Gürcüstanda baş rolda çəkilmişəm. Təbii ki, mənimlə bərabər digər aktyor həmkarkarım da çəkilib. Niyə bu filmdən heç kim ora dəvət olunmadı?  O kinodan kimləri dəvət etmisiniz ora?

Gürcüstanda neçə Azərbaycan filmi çəkilib? Gürcüstanla Azərbaycanın nə qədər film əlaqələri var ki, əgər bu körpü hələ ki, "Köşk" dən ibarətdirsə?

Daha sonra Türkiyədə tədbirlər olur. "Qorqud ata" festivalı və digər kino ilə bağlı görüşlər, tədbirlər və sair. Niyə bu gün Azərbaycanda görünən, əsas işi olan aktyorları aparmırsınız? Siz blogerlərdən başqa heç kimi tanımırsınız? Mən gedənlərə heç nə demirəm, yaxşı edirlər, amma niyə onların yanında digərlərini görmürsünüz? 

Deyə bilərsiniz ki, bəlkə, xəbərləri yoxdur? Var! 1 ay əvvəl ARKA-dan zəng etdilər ki, Türk dünyasında çəkilən aktyor kimi adınızı qeyd edirik. Dedim, gün ha tərəfdən çıxıb? Amma bir az keçdi və nəticə onu göstərdi ki, "gün yenə də çıxmayıb"...

Deməli, noyabrın 12-dən Daşkənddə Azərbaycan kino günləri keçirilir. Mənə özbək rejissor dostum zəng edib ki, niyə yoxsan? Axı müstəqil Azərbaycan tarixində Özbəkistanda çəkilən hələki yeganə aktyor sənsən. Qeyd edim ki, 2025-ci ildə, yəni, bu il mən Özbəkistanda "Cənab prokuror" filmində baş rolda çəkildim, bir də qeyd edim ki, özbək rolunu ifa etdim. Filmin rejissoru Rüstəm Saqdiyev, ssenari müəllifi Nadir Şəmsdir. 

İndi soruşuram, sizcə mən Azərbaycan kino günlərində iştirak etməyə layiq deyiləm? Mən ölkə kinosunun oradakı simasıyam. Necə düşünürsünüz, sizin borcunuz deyilmi məni ora dəvət etmək? Mənə maraqlıdır, Azərbaycan aktyoru başqa nə etməlidir ki, xaricdə keçirilən mədəniyyət və kino günlərində, öz peşəsi ilə bağlı tədbirlərdə öz ölkəsini təmsil etsin?

Ümumiyyətlə, siz xaricə sənət adamlarını aparanda hansı kriteriyalarla aparırsınız? Nə vaxta qədər şəxsi münasibətlər zəminində, şəxsi çevrələrin seçdiyi adamlar gedəcək? Nə vaxt sənət adamına obyektiv gözlə baxacaqsınız? Kriteriyalar nədir? Mənə onu deyin. Hansı kriteriyalara kimlərsə cavab verir, biz cavab vermirik? Bir də seçənlər kimdir, təsdiq edənlər kimdir? Bu da maraqlıdır. Kim seçir, kim təsdiq edir bu adamları? Və təsdiqləyən adamların sualı yaranmırmı, niyə bu, niyə o?".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://axsam.az
archiveBu xəbər 13 Noyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri