Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “Paşa Travel” MMC (VÖEN-1405688721) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, “Paşa Travel” MMC fevral ayının 4-də H. Əliyev Sarayında görkəmli bəstəkar, müğənni və ictimai xadim Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan yubiley gecəsini təşkil edib və qarşılığında 195 min 996 manat 30 qəpik alıb.
Qeyd edək ki, 17 yanvar 2003-cü il tarixində dövlət qeydiyyatına alınan “Paşa Travel” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər pr., ev 151-də yerləşir. Qanuni təmsilçisi Əsgərov Bəhruz Fikrət oğlu olan MMC-nin nizamnamə kapitalı 250 min 50 manat təşkil edir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Polad Bülbüloğlunun yubiley gecəsi keçiriləcək
09 Yanvar 2025 08:08
Moskvada Polad Bülbüloğlunun yubiley konserti olub
17 Fevral 2025 13:34
Polad Bülbüloğlunun yubiley konserti keçirildi FOTOLAR
13 Fevral 2025 09:43
Polad Bülbüloğlunun ad günüdür
04 Fevral 2025 08:59
Kreml Sarayında Polad Bülbüloğlunun yubiley konserti keçirilib FOTO
31 Yanvar 2025 02:48
Baxış sayı:144
Bu xəbər 06 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















