Dünya bu xəbərlə silkələnir: Putin dostunu qurban verdi, detallar heyrətləndirdi
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp ordunun Venesuela Prezidenti Nikol Maduro və həyat yoldaşını ələ keçirdiyini açıqlayıb.
O, əməliyyatın ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirildiyini, hər iki şəxsin Venesueladan çıxarıldığını bildirib. Məlumata görə, Maduro və xanımını ABŞ ordusunun yüksək səviyyəli antiterror bölməsi “Delta Force” ələ keçirib.
Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Maduro ilə bağlı bu prosesin baş verəcəyi gözlənilən idi:
“Trampın hakimiyyətə qayıdışından sonra Rusiya qarşısında geriyə doğru addımlar atmasının qarşılığı verilməli idi. ABŞ və Rusiya arasında Venesuela üzərindən bir razılaşmanın olacağını əvvəl də vurğulamışdım. Beləliklə, gözlənilən baş verdi.
Cavanşir Abbaslı
Suriyada mövqelərini itirən Moskva, Venesuelada da anoloji halla üzləşdi. Bütün bunlar təbii ki, Ukrayna cəbhəsində gedən proseslərdən qaynaqlanır. Hazırda Rusiya Prezidenti Vladimir Putin üçün həyati əhəmiyyət daşıyan savaş gedir. Ciddi uğurlar da qazanılmaqdadır.Putin bütün bu uğurları Maduroya görə qurban verə bilməzdi, vermədi də.
Trampın günlər öncə Venesuela rejimini terrorçuluqda və narkobaronluqda ittiham etməsinin ardınca hücumun baş verməsi an məsələsinə çevrilmişdi. Bir ölkənin rəhbəri və xanımının ələ keçirilməsi çox mühüm hadisədir. Maduro hakimiyyəti də bu qədər ehtiyatsız, zəif olmamalı idi. Hər halda, kənardan baxanda elə görünürdü. Bir sözlə, Əfqanıstanla başlayan proses İraqla, “Ərəb baharı” ilə irəlilədi, Venesuela ilə də davam etməkdədir”.
Siyasi şərhçi Kənan Novruzov isə deyib ki, gərginləşən münasibətlər zəminində ABŞ-ın Venesuelaya xəbərdarlığı gözlənilən idi:
Kənan Novruzov
“Bir çox ekspert belə bir addımın atılmasını mümkün hesab edirdi. Görünən odur ki, tərəflər dil tapa bilməyib. Əgər mümkün olsaydı, Venesuela Prezidenti Nikolas Maduro çoxdan öz təşəbbüsü ilə hakimiyyətdən gedərdi. Lakin o, sona qədər davam etmək istədi, bu da ABŞ-ın narazılığına səbəb oldu”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 Yanvar 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















