Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyinin pulu qaytarmağa mədəniyyəti çatmır Siyahı

Mədəniyyət Nazirliyinin pulu qaytarmağa mədəniyyəti çatmır Siyahı

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhər Baş Mədəniyyət İdarəsinin dövlətə verməli olduğu pulu qaytarmağa mədəniyyəti çatmır.

Tribunainfo.az yazır ki, Hesablama Palatası belə ikinci dəfə xəbərdarlıq etmək məcburiyyətində qalıb.
Hesablama Palatasının 2022-2023-cü illərdə Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsində dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinə dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 6-nın aradan qaldırılması gecikir. Palatadan bildirilib ki, ödənişli kurslara cəlb edilmiş şagirdlərdən nağd qaydada yığılmış 47 251 manat vəsaitdən qalan 18 410 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsi vacibdir, amma idarə tələbi yerinə yetirmir.

Həmçinin Xəzər rayon Mərkəzi Kitabxana Sistemi üzrə ödəniş qrupunun düzgün müəyyən edilməməsi səbəbindən aşağı tarif dərəcələri ilə 2022-ci ildə 25 halda 5 689 manat, 2023-cü ildə 23 halda 6 356 manat, cəmi 12 046 manat az ödənilmiş əməkhaqqının müvafiq əməkdaşların növbəti dövr üzrə əmək haqqı ödənişlərində nəzərə alınaraq ödənilməsi həllini tapmayıb.
Bundan başqa, Xəzər rayonu Nizami adına Mədəniyyət Mərkəzinin istifadəsində auditin əhatə etdiyi dövr ərzində istifadəyə tam yararsız vəziyyətdə olmuş və faktiki istifadə edilməmiş nəqliyyat vasitəsi üzrə saxlanılmış 1 vahid sürücüyə ödənilmiş cəmi 4 357 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsi gecikir.

Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və regional mədəniyyət idarələrinin əsasnamələrini ölkə Prezidentinin 6 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” ilə müəyyən olunmuş tələblərə uyğun təsdiq etməsi yubanır.

Mədəniyyət Nazirliyinin şəhər və rayonlar üzrə müvafiq göstəriciləri nəzərə alması və diferensiasiya meyillərinə yol verməməsi məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin əhatəsində olan mədəniyyət müəssisələrində ödənişli kurs və dərnəklərin fəaliyyətini tənzimləyən normaların yaradılması,
Mədəniyyət Nazirliyinin büdcədənkənar vəsaitlərin formalaşdırılmasını hüquqi aktların tələblərini nəzərə almaqla həyata keçirməsi də gecikməkdədir. Faktiki nazirliklə palata qarşıdurma vəziyyətindədir.

Gülşən Rəsul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Aprel 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri