Icma.az
close
up
RU
Mədəniyyət sahəsində islahat məsələsi bir günün işi deyil MÖVQE

Mədəniyyət sahəsində islahat məsələsi bir günün işi deyil MÖVQE

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanın uğurlarını ölkə daxilində, eləcə də qlobal miqyasda istəyən adamlarla yanaşı, istəməyənlər də var. Bu bizim ölkənin siyasi-iqtisadi məsələlərindən tutmuş, elmi-mədəni və təhsil mühitinə aiddir. Çox təəssüf ki, sağlam, xoşniyyətli adamlarla yanaşı, bədxahlar da var. Buna da təbii baxmaq lazımdır. Adamların hamısı eyni deyil, təbii ki, niyyəti də eyni ola bilməz”.

Bu barədə Modern.az-a açıqlamasında sənətşünas Seymur Elsevər deyib.

Onun sözlərinə görə, 4 il yarım bundan əvvəl torpaqlarımızın azad olunması prosesi başladı:

“Təqribən 300 illik Azərbaycan tarixində biz torpaq itirə-itirə gəlib bura çıxmışdıq. Allah ölkə başçımızın, qazilərimizin canını sağ eləsin, şəhidlərimizin ruhunu şad etsin. Hamının birgə əməyinin nəticəsi olaraq biz torpaqlarımızı işğaldan azad etdik. Bu tarixi bir hadisədir, biz Nadir şahdan üzü bu tərəfə torpaq itirə-itirə gəlmişdik. Ərazimiz 90 min kvadrat kilometrdən də aşağı düşmüşdü. BMT-nin qəbul etdiyi normativlərlə bizim 86 600 kvadrat kilometr ərazimiz var. İndi çox azacıq bir hissə qalıb ki, həmin sahə tam bərpa olunsun. Bilirsiniz ki, bir neçə kənddir, hazırda onların azad olunma prosesi üzərində ciddi iş gedir. Sözümün canı odur ki, Prezident böyük işlər görür. Onun bu gün əsas fokuslandığı xarici siyasətdir. Çünki hələ danışıqlar prosesi davam edir, sülh müqaviləsinin imzalanması prosesində ciddi işlər gedir. Zəngəzur dəhlizi və gələcəkdə Qərbi Azərbaycanla bağlı olan məsələnin həlli çox ciddi məsələlərdir. Bizim ölkə rəhbərinin hazırkı əsas qayğışı məhz bu problemləri həll etməklə əlaqəlidir”.

Müsahibimiz qeyd edib ki, vətəndaşların hər birinin üzərində belə bir vəzifə var ki, bacardığı qədər verə biləcəyi töhfəni əsirgəməməlidir. O, mədəniyyət sahəsindəki problemlərin həlli üçün müəyyən vaxta ehtiyac duyulduğunu deyib:

“Biri qələmi ilə, biri maarifçiliyi ilə, biri mühəndisliyi ilə öz töhfəsini verməlidir. Mədəniyyət sahəsində də hər birimizin üzərinə güclü iş düşür. Nazir Adil Kərimli siyasi vəzifə daşıyıcısıdır, hökumətin üzvüdür. Ona yazılı və şifahi tapşırıqlar verilir. O da onları yerinə yetirməklə məşğuldur. Ətrafında cəm olan şəxslər də siyasi vəzifə daşıyıcılarıdır. Onlar bir komanda kimi nə qədər yük altında olduqlarını, hansı vacib missiyanı yerinə yetirməli olduqlarını anlayırlar, bilirlər və bu istiqamətdə çalışırlar. Nəinki teatrla bağlı, eyni zamanda bütövlükdə mədəniyyətlə bağlı ciddi dəyişikliklər istiqamətində işlər gedir. 2040-cı ilə qədər Azərbaycan Mədəniyyət Konsepsiyası işlənir. Bunun tətbiqi üzərində hazırda ciddi iş gedir. Nazirin ətrafında müşavirlər var, Cahangir Səlimxanov, Oleq Əmirbəyli - biri teatr, digəri musiqi üzrə yetərincə təcrübəli, işinə məsuliyyətli yanaşan yoldaşlardır. Onlar da çalışırlar, öz fikirlərini və təkliflərini verirlər. Nazir müavinləri Murad Hüseynov, Fərid Cəfərov çalışırlar ki, bu işlər getsin. İslahat məsələsi bir günün işi deyil. Hələ sovet dövründən yığılıb qalmış problemlər var. Bütövlükdə bizim incəsənətimizlə, mədəniyyət anlayışımızla bağlı problemlər var. Bu problemləri bir günün, bir ayın, bir ilin içərisində dəyişmək, həll etmək çətin məsələdir. Bunun üçün bir neçə il vaxt tələb olunur. Ona görə də öz qüvvələrini səfərbər edirlər. İnanıram ki, bu, öz nəticəsini verəcək. Gözdən salmağa çalışanlar ola bilər ki, arada xırda “qələbə” qazanır, diqqət cəlb edir, nəyisə tirajlayıb yayır, çaşqınlıq yaradır, fikirləri haçalandırırlar. Amma davamlı deyil, ona görə də buna çox bənd olmağa, narahat olmağa dəyməz. Yetər ki, adlarını çəkdiyimiz şəxslər kimi digər sahənin mütəxəssisləri də mütəşəkkil olsunlar, əl-ələ verərək nəsə etməyə çalışsınlar. Onda Azərbaycan mədəniyyəti, incəsənəti sözün yaxşı mənasında yeni məzmun, məna kəsb edəcək. Hədəf budur, mən də bunun belə olacağına ümidliyəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri