Icma.az
close
up
RU
“Mədəniyyətimizin şəxslər problemi yoxdur...”

“Mədəniyyətimizin şəxslər problemi yoxdur...”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mədəniyyət aləmində baş verən hay-küyə qarışmadan bəzi fikirlərimi bölüşmək istərdim. Birincisi, kökündən yanlış düşüncədir ki, mədəniyyəti dünyada şəxslər təmsil edirlər. Hər bir mədəniyyət ortaya qoyduğu əsərlərlə, ideyalarla, anlayışlarla təmsil olunur. Bizdə bunlar qıt olduğuna görə məcbur yerini şəxslərlə doldururuq”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

Onun sözlərinə görə, şəxs də elə bilir ki, onun olmadığı yerdə mədəniyyət də olmur: 

“Məsələn, bu gün dünyanın yüzlərlə böyük sənət, elm adamları var ki, heç vaxt Azərbaycana gəlməyiblər, heç vaxt da gəlməyəcəklər, amma öz əsərləri, fikirləriylə yaşadıqları ölkədən yüzlərlə azərbaycanlının beynini, düşüncələrini idarə edirlər. Biri mən! Yəqin ki, heç vaxt müasir alman filosofu Çul Xanı Muğam teatrında görməyəcəyəm, amma adam kitablarıyla bütün beynimi işğal edə bilib. Mədəniyyəti təmsil etmək budur. İkincisi, mədəniyyətə tətbiq olunan konyuktura. Bizdə bu konyukturanın nə az, nə çox düz 2500 yaşı var. Bizim mədəniyyəti hələ də Platon yönləndirir. 

Platon nə deyirdi? 

Deyirdi ki, sənət tərbiyəçidir. Platonun xəyalında utopik bir dövlət ideyası var idi və sənət adamlarından tələb edirdi ki, əsər yaradarkən yalnız bu dövlətin qanunlarına istinad etməlidirlər. Homer, Hesiod kimi yunan şairlərini söyürdü ki, onlar uşaqlarımızın tərbiyəsini pozur. Hesiodun tanrısı Uran düz-əməlli ailə başçısı deyil. Homerin Zevsi də ilahə Heranı görəndə özünü alqasımlı oğlanları kimi aparır və s. Platonun sənətə, kültürə baxışından kim çıxdı? Stalin! Platon özünün utopik dövlətində mədəniyyəti necə görmək istəyirdisə, Stalin bunu olduğu kimi sovet xalqlarının mədəniyyətinə tətbiq etdi. Necə ki, Hegel Robespyerin qəddarlığının günahını Kantın ağıl və azad iradəsinin ayağına yazırdı. Məncə, biz mədəniyyət adı altında necə bir kəhanətin içində olduğumuzu müzakirə etməliyik. Bu platonik, stalinist kəhanətdən çıxış yolları axtarmalıyıq. Demək istədiyim odur ki, mədəniyyətimizin şəxslər problemi yoxdur, ideya, vizyon problemi var...”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Noyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri