Icma.az
close
up
RU
MEDİA Agentliyində Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən bir qrup media nümayəndəsi ilə görüş keçirilib

MEDİA Agentliyində Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən bir qrup media nümayəndəsi ilə görüş keçirilib

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi və Zəfər Günü münasibətilə Qarabağa və işğaldan azad olunmuş digər torpaqlara səfər etmiş Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən bir qrup media nümayəndəsi ilə 4 noyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyində görüş keçirilib.

Azərbaycanın bir sıra media subyektlərinin nümayəndələrinin də iştirak etdiyi görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Qarabağın işğal dövründə üzləşdiyi dağıntılar və hazırda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi barədə ətraflı məlumat verərək vurğulayıb ki, bu gün Qarabağa həyatın qayıdışı Azərbaycan xalqı üçün həm qürur mənbəyi, həm də tarixi hadisədir. O bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə şəhər və kəndlər sürətlə bərpa olunur, müasir yaşayış məntəqələri salınır, sosial infrastruktur yenidən qurulur, bölgənin dayanıqlı inkişafı təmin edilir və bu müstəsna prosesin mediada işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Agentliyin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov çıxışında bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə media sahəsində deyil, bütün istiqamətlərdə ən yüksək səviyyəyə yüksəlib. O vurğulayıb ki, iki ölkə hər zaman bir-birinin yanında olub və bu həmrəyliyin təməlində sarsılmaz qardaşlıq və dostluq dayanır.

Türkiyədən olan media nümayəndələri Azərbaycana səfərləri çərçivəsində işğaldan azad edilmiş ərazilərə, o cümlədən Qarabağ bölgəsinə səfər etdiklərini, orada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Onlar Xocalıda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdiklərini qeyd edərək, azad edilmiş torpaqlarda qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesini yüksək qiymətləndiriblər. Media nümayəndələri, həmçinin təmsil etdikləri informasiya resurslarında bu prosesin gedişi və əhəmiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə silsilə reportajlar və analitik materiallar hazırlayacaqlarını vurğulayıblar.

Qeyd edək ki, türkiyəli jurnalistlərin Azərbaycana budəfəki səfəri iki ölkə media əlaqələrinin daha da güclənməsinə, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.

1 / 6

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Noyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri