Icma.az
close
up
RU
Türkiyənin bir qrup media nümayəndəsi ilə görüş keçirilib FOTOLAR

Türkiyənin bir qrup media nümayəndəsi ilə görüş keçirilib FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi və Zəfər Günü münasibətilə Qarabağa və işğaldan azad olunmuş digər torpaqlara səfər etmiş Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən bir qrup media nümayəndəsi ilə 4 noyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyində görüş keçirilib.

Azərbaycanın bir sıra media subyektlərinin nümayəndələrinin də iştirak etdiyi görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Qarabağın işğal dövründə üzləşdiyi dağıntılar və hazırda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi barədə ətraflı məlumat verərək vurğulayıb ki, bu gün Qarabağa həyatın qayıdışı Azərbaycan xalqı üçün həm qürur mənbəyi, həm də tarixi hadisədir.

O bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə şəhər və kəndlər sürətlə bərpa olunur, müasir yaşayış məntəqələri salınır, sosial infrastruktur yenidən qurulur, bölgənin dayanıqlı inkişafı təmin edilir və bu müstəsna prosesin mediada işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Agentliyin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov çıxışında bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə media sahəsində deyil, bütün istiqamətlərdə ən yüksək səviyyəyə yüksəlib. O vurğulayıb ki, iki ölkə hər zaman bir-birinin yanında olub və bu həmrəyliyin təməlində sarsılmaz qardaşlıq və dostluq dayanır.

Türkiyədən olan media nümayəndələri Azərbaycana səfərləri çərçivəsində işğaldan azad edilmiş ərazilərə, o cümlədən Qarabağ bölgəsinə səfər etdiklərini, orada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Onlar Xocalıda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdiklərini qeyd edərək, azad edilmiş torpaqlarda qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesini yüksək qiymətləndiriblər. Media nümayəndələri, həmçinin təmsil etdikləri informasiya resurslarında bu prosesin gedişi və əhəmiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə silsilə reportajlar və analitik materiallar hazırlayacaqlarını vurğulayıblar.

Qeyd edək ki, türkiyəli jurnalistlərin Azərbaycana budəfəki səfəri iki ölkə media əlaqələrinin daha da güclənməsinə, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.

"Cebhenfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri