Media: Belçikada F 35 qırıcılarının tədarükü ilə bağlı qalmaqal yaranıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 4 noyabr, AZƏRTAC
Belçikanın hava məkanının F-35 qırıcı təyyarələrinin istifadəsi üçün çox kiçik olması ilə bağlı bəyanat qalmaqala səbəb olub.
AZƏRTAC xəbər verir ki, “20minutes” portalının məlumatına görə, Belçikanın müdafiə naziri Teo Frankenin ölkənin hava məkanının “təlim missiyaları üçün kifayət etməyəcəyini” bildirməsi tənqid dalğasına tuş gəlib.
Nazir təlimlərdə Fransa, İtaliya və Niderlandın hava məkanından istifadəsi üçün onlarla əməkdaşlığı istisna etməyib. Müdafiə nazirinin bəyanatından sonra Belçika “məhdud hava məkanı” ilə bağlı internetdə gülüş obyektinə çevrilib.
F-35 qırıcıları ilə bağlı digər problem isə onların yaratdığı səsdir ki, bu da aviabazaların yaxınlığında yaşayan sakinləri narahat edir.
Qeyd edək ki, Belçika ABŞ-ın “Lockheed Martin” şirkətindən 5,6 milyard avroya 34 ədəd F-35 təyyarəsi sifariş edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 04 Noyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















