Icma.az
close
up
RU
Belçikada 5,6 milyard avroluq fiasko: ölkə aldığı F 35 qırıcılarından istifadə edə bilmir

Belçikada 5,6 milyard avroluq fiasko: ölkə aldığı F 35 qırıcılarından istifadə edə bilmir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 27 oktyabr, AZƏRTAC

Belçikanın ABŞ-dan aldığı F-35 tipli müasir döyüş təyyarələrinin ilk partiyası ölkəyə çatıb, lakin ortaya çıxan problem ölkədə gülüş və çaşqınlıq yaradıb: bu təyyarələr Belçikanın hava məkanında uça bilmir.

AZƏRTAC xəbər verir ki, Belçika hökuməti 2018-ci ildə ABŞ-dan 34 ədəd F-35 qırıcısı sifariş etmişdi. Müqavilənin ümumi dəyəri 5,6 milyard avro təşkil edir. Beşinci nəsil bu təyyarələr dünyanın ən qabaqcıl hərbi texnologiyalarından biri hesab olunur. İlk təyyarələr artıq təhvil verilib və rəsmi mərasimdə Belçika kralı şəxsən iştirak edib.

Lakin “Le Parisien” və “Le Vif” qəzetlərinin yazdığına görə, təhvil mərasimindən az sonra ordu və hökumət başa düşüb ki, ölkənin məhdud hava məkanı bu təyyarələrin uçuş və təlimləri üçün yararsızdır. Təyyarələr var, amma uçuş yeri yoxdur.

Belçikanın hava qüvvələri illərdir oxşar problemlə üz-üzədir: kiçik əraziyə və sıx hava məkanına malik ölkədə hərbi təyyarələr üçün təlim zonaları çatışmır. İndi isə, milyardlarla avro dəyərində alınan yeni nəsil təyyarələrin belə praktiki istifadəsi mümkün deyil.

Bu vəziyyət Belçikanın müdafiə ambisiyalarına ciddi zərbə vurub. Müdafiə naziri Teo Franken vəziyyətdən çıxış yolu tapmaq üçün Niderland, Norveç və İtaliya ilə danışıqlara başlayıb. Məqsəd Belçika pilotlarının bu ölkələrin hava məkanında məşq etməsinə icazə almaqdır.

F-35-lərin təhvil verilməsi də əvvəlcədən planlaşdırıldığı kimi getməyib. Dörd təyyarənin oktyabrın 13-də Belçikaya çatdırılması planlaşdırılsa da, yalnız üçü gəlib. Dördüncü təyyarə isə texniki nasazlıq səbəbindən Azor adalarında enməli olub. Hazırda ABŞ şirkəti həmin təyyarəni təmir etmək üçün yerində mühəndis komanda göndərib.

Hökumət bu layihəni ölkənin hərbi yenilənməsi və güclənməsi kimi təqdim etmişdi. Lakin indi bu hadisə, yerli mediada, müasir texnologiyaya malik, amma uça bilməyən ordu kimi satirik başlıqlarla tənqid olunur.

Belçika Müdafiə Nazirliyinin nümayəndəsi vəziyyəti şərh edərək deyib: “Biz bu məsələni tərəfdaş ölkələrlə birgə həll edəcəyik. Bu, bizim hava qüvvələrimizin gələcəyi üçün vacib bir sınaqdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri