Icma.az
close
up
RU
Media çirkli informasiyadan necə xilas edilməli?

Media çirkli informasiyadan necə xilas edilməli?

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlumat çirkliliyi çaşdırıcı, natamam və ya manipulyasiya xarakterli məlumatların geniş yayılması deməkdir. Sosial şəbəkələrdə, xəbər saytlarında və digər platformalarda əsli olmayan məlumatların sürətlə yayılması insanları məlumat çirkliliyinə məruz qoyur.

Məlumat çirkliliyini yaradan əsas sbəblərdən biri həddindən artıq informasiyanın olmasıdır. Sosial şəbəkələr, xəbər saytları, bloqlar və digər platformalarda eyni anda çoxlu məlumat axınının olması bu çirkliliyə yol açan əsas amildir. Dezinformasiya, qəsdən və ya bilmədən yayılan yalan və ya səhv məlumatlar məlumat çirkliliyinə yol açır. Həmçinin, lazımsız, təkrarlanan, faydalı olmayan, məqsədsiz məlumatlar da xəbər bazarında bolluq yaradır və məlumat çirkliliyinə səbəb olur. Son illər informasiya çirkliliyini yaradan ən başlıca səbəblərdən biri də sosial şəbəkələrin alqoritmləridir, belə ki platformaların diqqət çəkməyə çalışan başlıqlar və sensasiyalara üstünlük verməsi məlumat çirkliliyi yarada bilir. O cümlədən, feyk xəbərlər və manipulyasiya da ictimai rəyə təsir etmək məqsədilə hazırlanmış saxta məlumatlardır ki, informasiya çirkliliyi üçün münbit bazardır.

İnformasiya çirkliliyi yaranan cəmiyyətdə doğru məlumatla yalanı ayırd etmək zamanla çətinləşir. O qədər dezinformasiya yayılır ki, inanmaq, qərar vermək kimi proseslər zəifləyir. Xüsusilə səhiyyə, siyasət və iqtisadi sahələrdə olan məlumat çirkliliyi insanlarda çaşqınlıq yaradır. Bu da öz növbəsində etibarsızlıq və informasiya yorğunluğu yaradır, nəticədə panika meydana çıxır. Xatırlayın, pandemiya dövründə çörək və unla bağlı yayılan dezinformasiyalar mağazalarda hansı bashabaslara, qarışıqlıqlara səbəb olurdu. Eləcə də 44 günlük müharibə zamanı bəzi sosial şəbəkə istifadəçiləri yayılması yasaqlı hərbi məlumatları, yaxud da yalan informasiyaları paylaşaraq ictimaiyyətdə ixtişaşlara və narahatlığa yol açırdılar. İnformasiya çirkliliyi belə-belə yaranır.

Hazırda dünyada informasiya çirkliliyi ciddi problem kimi qəbul edilir, xüsusilə rəqəmsal texnologiyaların, sosial medianın, son olaraq süni intellektin sürətli inkişafı ilə doğru informasiya məsələsi qlobal səviyyədə ciddi problemə çevrilib. Sosial şəbəkələrdəki paylaşım azadlığı, istifadəçilərin öz səhifələrində sərbəst məlumat yayması, mənbə təsdiq edilmədən paylaşmaları cəmiyyətdə xaotik vəziyyətə səbəb olur. Sosial şəbəkə platformalarının alqoritm tətbiqi isə ayrı bir problemdir. Çünki istifadəçinin bir dəfə maraq göstərdiyi tərkib artıq onun alqoritminə çevrilir, davamlı olaraq həmin tərkibdə kontentlərlə qarşılşır. Bu da öz növbəsində inbormasiya boşluğu yaradır.

O cümlədən saytların, xəbər portallarının daha çox baxış və gəlir üçün əl atdığı yollardan biri də sensasiyalı, aldadıcı, cəlbedici başlıqlarla yanlış və ya şişirdilmiş məlumatlardır. Başlıqla xəbərin mətni arasında vəhdəd olmayan məlumatlar həm dünya mediasında, həm də yerli mediada ciddi problemlərə səbəb olur. Avtomatik sistemlərlə - botlarla saxta məlumatların yayılması da informasiya çirkliliyinə yol açan əsas problemlərdən biridir.

Əsilsiz xəbərlərlə yaradılan informasiya çirkliliyi cəmiyyətin dezinformasiyaya inanmasına səbəb olur, çirkli xəbərlər vasitəsilə ictimai rəyə təsir edilir, fərdi düşüncələrə müdaxilə baş verir, süni formada nifrət və ya dəstək ritorikası yaradılır. Bir kontent bir anda ya linç edilə bilir, ya da dəstək yağışına tutulur. İnsanlar çirkli informasiyanın küyünə gedir, desək, doğru ifadə etmiş olarıq.

İnformasiya çirkliliyində cəmiyyətə son zərbəni də süni intellekt (Sİ) vurdu. Onun yaradılması və inkişafı informasiya texnologiyalarında inqilabi dəyişikliklər etsə də, daha çox informasiya çirkliliyinin artmasında rol oynadı. Peşəkarların işinə yaramasından çox oyunbazların oyuncağına çevrilən Sİ ciddi çaşqınlıqlar yaratdı. ChatGPT, Claude, Bard və s. platformalar vasitəsi ilə istənilən insan əsli olmayan xəbər, sosial media postu və ya bloq yazısı yaradaraq paylaşır, insanları olmayan məlumatlara inandırır, informasiya çirkliliyi yaradır. İstifadəçilər bu texnologiyanı inkişaf və faydalı işlər üçün yox, saxta, əsilsiz, bəzən də təhlükəli xəbərlər və manipulyativ məzmunlar yaratmaq və yaymaq üçün istifadə etdilər.

Deepfake (saxta məlumatlar) texnologiyası Sİ-ə imkan verdi ki, real görünən, amma əsli olmayan saxta video və səs yazıları yaratsın və paylaşmağa imkan versin. Bu texnologiya süni intellekt vasitəsilə foto, video və səsi istədiyin kimi idarə etməyə imkan verir. Məsələn, bir şəxsin üz ifadələri və mimikasını başqa bir videodakı adama yerləşdirirlər, səsini saxtalaşdıraraq demədiyi sözləri o deyirmiş kimi göstərirlər. Nəticə etibarı ilə real görünən, amma saxta materiallar yaranır, bir-biri ilə əlbəyaxa dalaşan prezidentlər, bir ölkənin digərinə ultimatumu, məhşur adamların müraciəti kimi görüntülər informasiya bazarında məlumat çirkliliyinə səbəb olur.

Sİ vasitəsi ilə bu gün ortaya çıxan ən böyük problemlərdən biri də şantajdır. Belə ki, xüsusilə qadınların görüntüsünü pornoqrafiq formada montaj edərək qarşı tərəfi şantaj edənlər olur. Bu texnologiya vasitəsi ilə bank kartlarından pul oğurlamaq məsələsi də geniş yayılmış fırıldaqçılıq növüdür. Sizə ailə üzvünüzün nömrəsi ilə zəng edərək onun səsi ilə danışırlar və siz bunun fərqində olmursunuz. Nəticədə özünüz könüllü hesabınızdan pul göndərirsiniz.

İnformasiya çirkliliyindən qorunmaq, səhih məlumata çıxış əldə etmək üçün oxucunun media savadlılığı olmalıdır. Media savadlılığı olan oxucu rəsmi, etibarlı və peşəkar mənbələrə üstünlük verir, məlumatın doğruluğuna şübhə edilməyən mənbələrə baş çəkir. İnformasiyanın doğruluğunu başlıq təyin etmir, ona görə də oxucu yalnız xəbərin başlığına əsaslanmamalıdır, məzmunu dəqiqliklə oxumalıdır. Qarşısına çıxan informasiyaların tarixinə diqqət etməyənlər daha çox məlumat çirkliliyinə məruz qalır. Çünki bir çox hallarda baxış sayı qazana bilmək üçün saytlar və sosial şəbəkə səhifələri köhnə xəbərləri yeni kimi təqdim edir. Oxucu oxuduğu informasiyaya hər hansı emosional reaksiya göstərməzdən əvvəl o məlumatın doğruluğuna əmin olmalıdır: onu qorxudan, təəccübləndirən, sevindirən, narahat edən informasiya nə qədər doğrudur?

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri