Media: İraq neftinin Türkiyənin Ceyhan limanına nəqli tezliklə bərpa olunacaq
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ankara, 6 avqust, AZƏRTAC
İraq neftinin Türkiyənin Ceyhan limanı vasitəsilə ixracı yaxın günlərdə bərpa olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kərkükün şimalında səfərdə olan İraqın neft naziri Hayyan Abdel Qəni məlumat verib.
İraqlı nazirin Türkiyə mətbuatının avqustun 6-da yaydığı çıxışının mətnində Bağdaddakı mərkəzi hökumət ilə Ərbildə yerləşən regional administrasiya arasında Türkiyəyə neft nəqlinin bərpası ilə bağlı razılığın əldə edildiyi qeyd olunub.
İlk mərhələdə Kərkük-Ceyhan boru kəməri ilə gündəlik 80 min barel İraq neftinin nəqli planlaşdırılır.
İraq neftinin Türkiyəyə nəqli 2023-cü il martın 25-də dayandırılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:İraq rəhbərliyi Ceyhan limanından neft ixrac edəcək
04 Fevral 2025 10:55
Türkiyənin Ceyhan limanı 5 milyon tona yaxın yük qəbul edib
15 Aprel 2025 20:26
AZAL Türkiyənin bu hava limanına uçuşlara başlayır
07 Mart 2025 18:23
Türkiyənin Hələbdəki konsulluğu fəaliyyətini bərpa ETDİ Yeni Çağ Media
20 Yanvar 2025 13:59
Türkiyənin aparıcı media rəhbərlərindən a TƏBRİK
11 Mart 2025 18:59
Baxış sayı:47
Bu xəbər 06 Avqust 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















