Icma.az
close
up
RU
Media komandası Dirçəliş Kuboku nda növbəti mərhələyə yüksəldi

Media komandası Dirçəliş Kuboku nda növbəti mərhələyə yüksəldi

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi "Dirçəliş Kuboku"nda qrup mərhələsinə yekun vuruldu.

525.az xəbər verir ki, 40 komandanın 4 qrupda mübarizə apardığı yarışda 16 komanda 1/8 finala yüksəldi.

Jurnalistlər və mətbuat işçilərindən təşkil olunmuş "Media" son turda "McDonalds"ı 5:2 hesabı ilə məğlub edərək xallarının sayını 16-a yüksəltdi və bu qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazandı. 

"Media"nın kapitanı, BakuTV-nin departament rəhbəri İman Məcidov bu uğurun onlara asan başa gəlmədiyini bildirdi: "Qrupumuzda komandaların əksəriyyəti güclü idi. Bu üzdən son tura kimi mərhələ adlayacağımız bəlli deyildi. Son oyunda "McDonalds" üzərində qələbə qazanmaqla istəyimizə çata bilərdik ki, bunu da bacardıq. Heyətimiz bütünlüklə media işçilərindən qurulub. Aramızda jurnalistlərlə yanaşı, müxtəlif media qurumlarını təmsil edən texniki işçilər də var. Yəni, bütün futbolçular sırf mətbuatımıza bağlı insanlardır, kənardan kimisə dəvət etməmişik. Sevinirəm ki, bu mötəbər turnirdə mətbuatımızı layiqincə təmsil edə bilirik".

Komandanın baş məşqçisi, "525-ci qəzet"in şöbə müdiri İlqar Tağıyev isə məqsədlərinin medalçılar sırasına düşmək olduğunu söylədi: "Düzü, komandanı yığmaq mənə həvalə olunanda, əvvəl tərəddüd etdim. Çünki bu, böyük məsuliyyət idi. Hər halda 15 nəfərlik heyəti topladıq və yarışa qatıldıq. Məqsədimiz qrup mərhələsini aşmaq idi ki, bunu bacardıq. İndi isə heyəti bir qədər gücləndirməklə mümkün qədər irəli getməyə, medalçılar sırasına düşməyi düşünürük. Qrupumuzda güclü rəqiblərin olmasına baxmayaraq, uşaqlar layiqli mübarizə apardılar, hər birinə, o cümlədən, bizə dəstək olanlara təşəkkür edirəm".

Qeyd edək ki, "Dirçəliş Kuboku"nda 1/8 final mərhələsinə aprelin 4-də start veriləcək. Bu mərhələdə "Media"nın rəqibi turnirin ən güclü komandalarından biri ADSEA olacaq.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Mart 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri