Icma.az
close
up
RU
Media nümayəndələri Mingəçevirdə bir araya gəliblər...

Media nümayəndələri Mingəçevirdə bir araya gəliblər...

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

peşəkar jurnalistikanın gələcəyi ilə bağlı...

Azərbaycan Jurnalistlər Birliyi Mingəçevirdə media nümayəndələri ilə görüş keçirib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, tədbirdə Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalı, Əməkdar jurnalist Varis Yolçuyev, Qafqaz TV-nin baş direktoru Eltən Qədimbəyli, EL TV-nin baş direktoru İqbal Məmmədəliyev, Aran, Qarabağ və Qərb bölgəsində fəaliyyət göstərən media rəhbərləri və jurnalistlər iştirak ediblər. Görüşün əsas məqsədi bölgələrdə fəaliyyət göstərən media rəhbərlərinin, televiziya, radio, xəbər saytları, internet media və rəqəmsal platformalarda çalışan jurnalistlərin Azərbaycan Jurnalistlər Birliyindən gözləntilərini öyrənmək, onların fikir və təkliflərini dinləmək, Birliyin fəaliyyət istiqamətlərini müasir jurnalistikanın tələblərinə uyğun şəkildə müəyyənləşdirmək olub.

Tədbirdə süni intellektin media mühitinə təsiri, rəqəmsal transformasiya, dezinformasiya ilə mübarizə, peşə etikası, auditoriya etimadı, jurnalistlərin hüquqi müdafiəsi, bölgə mediasının mövcud problemləri və inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Həsən bəy Zərdabinin mətbuat irsinin müasir dövrün çağırışları ilə uzlaşdırılmasının vacibliyi vurğulanıb.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı jurnalistlərə müsahibəsində bildirib ki, peşəkar jurnalistika öz üstünlüyünü etibarlılıq, məsuliyyət və yüksəkkeyfiyyətli məzmunla göstərməlidir. Peşəkar jurnalistikanın gələcəyi məhz cəmiyyət üçün əhəmiyyət daşıyan, düzgün, maraqlı və etibarlı informasiya təqdim etməkdən keçir.

“Analoji görüşlər Gəncə şəhərində, cənub bölgəsində, Qarabağda keçiriləcək. Sonra bu görüşlərin nəticəsi olaraq Bakıda yekun toplantı təşkil ediləcək. Orada toplanan məlumat və təkliflər müzakirə ediləcək və məqsədlərimizi aydınlaşdıracağıq”, - deyə Elçin Şıxlı əlavə edib.

Tədbirin sonunda iştirakçılar bu cür görüşlərin media ictimaiyyəti ilə birbaşa dialoqun genişləndirilməsinə, bölgə jurnalistlərinin ehtiyaclarının və təkliflərinin daha yaxından öyrənilməsinə və peşəkar əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Onlar belə müzakirələrin davamlı keçirilməsinin ölkədə media mühitinin inkişafına və jurnalistikanın keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Avqust 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri