Icma.az
close
up
RU
“Media savadlılığı media nümayəndələrinin, medianın səriştəlilik səviyyəsinin göstəricisidir” RƏY

“Media savadlılığı media nümayəndələrinin, medianın səriştəlilik səviyyəsinin göstəricisidir” RƏY

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən müasir cəmiyyətdə məlumat etibarlılığının müəyyən edilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, xüsusilə məlumatların təsir əhatəsində olan və həssas istifadəçi qrupu hesab edilən gənclərin tənqidi düşünmə, eləcə də təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçılarının məlumat təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq media savadlılığı istiqamətində vacib addımlar atılır. Məhz bu addımların davamı olaraq ölkəmizdə 16-22 dekabr tarixləri “Media Savadlılığı” Həftəsi keçirilir.  

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Pravda.az-a açıqlamasında deyib ki, media savadlılığı ilk növbədə cəmiyyətin, dövlətin və insanların informasiya təhlükəsizliyi məsələsidir.

“Hər bir cəmiyyət özünün informasiya təhlükəsizliyi probleminin qayğısına qalmalı, bunun üçün önləyici tədbirlər görməlidir. Bu mənada media savadlılığı ən etibarlı müdafiə və təminat mexanizmlərindən biridir. Media savadlılığı cəmiyyəti ziyanlı və məqsədyönlü, təxribatçı informasiyalardan qorumaq mexanizmidir. Media savadlılığı səviyyəsinə malik olan cəmiyyətlər adətən heç bir təxribatçı informasiyaların təsiri altına düşmür. Media savadlılığı olan yerdə insanlar istənilən informasiyanı qəbul etməzdən öncə onun hansı mənbələrdən, hansı məqsədlərlə hazırlandığını, nə dərəcədə həqiqət olduğunu, dövlətin və cəmiyyətin mənafeyi ilə nə qədər səsləşdiyinin fərqinə varırlar. Hər bir kəsdə informasiya ilə davranış ilkin olaraq "Bu informasiya nə dərəcədə həqiqətdir və hansı məqsədlə hazırlanıb?" sualı ilə başlayırsa, o deməkdir ki, insanlar informasiyalara media savadlılığı nöqteyi-nəzərindən yanaşmağı  bacarırlar. Media savadlılığı informasiyaların hazırlanmasından tutmuş, onun yayılmasına qədər bir neçə mərhələdən ibarət uzun bir prosesə səriştəli münasibət, informasiya mənbələrinə etibarlı çıxışın təmin olunması, cəmiyyətin dürüst informasiyalarla təmin olunması, eləcə də feyk informasiya ilə həqiqi informasiyanın bir-birindən fərqləndirilməsi bacarığının aşılanması deməkdir. Cəmiyyət feyk informasiya ilə həqiqi informasiyanı bir-birindən ayırmağın nə qədər zəruri və incə bir məsələ olduğunu qəbul etsə, onda ziyanlı informasiyalardan həm cəmiyyəti, həm də özümüzü qoruya bilərik. Media savadlılığı həm də media nümayəndələrinin, medianın səriştəlilik səviyyəsinin göstəricisidir. Eyni zamanda informasiya mənbələri ilə daha səmərəli, effektiv əməkdaşlıq mexanizminin qurulması deməkdir. Buna görə də media savadlılığının müəyyən səviyyəsinə can atmaq hər bir media orqanının, jurnalistin, bütövlükdə cəmiyyətin, dövlət orqanlarının vacib istiqamətlərindən biri olmalıdır”, - baş redaktor qeyd edib.

Aytəkin Qardaşova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Dekabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri