Icma.az
close
up
RU
“Media savadlılığını təhsilə necə inteqrasiya etməli?: müəllim və mütəxəssis rəyi” FOTOLAR

“Media savadlılığını təhsilə necə inteqrasiya etməli?: müəllim və mütəxəssis rəyi” FOTOLAR

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Media Savadlılığı” Həftəsi çərçivəsində Bakı şəhəri üzrə 12 ümumi təhsil müəssisəsində 2500-ə yaxın şagird üçün media savadlılığı mövzusunda təşkil olunan məlumatlandırma sessiyaları və açıq dərslərin nəticələrinin sistemli şəkildə ümumiləşdirilməsi məqsədilə “Media savadlılığını təhsilə necə inteqrasiya etməli?: müəllim və mütəxəssis rəyi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova qeyd edib ki, media savadlılığının formal təhsildə əhatə olunması üçün tətbiq edilən pedaqoji yanaşmaların effektivliyinin ölçülməsi, eləcə də növbəti mərhələlərdə tədris məzmunu və metodologiyanın təkmilləşdirilməsi baxımından nəticələrin sistemli şəkildə ümumiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı bildirib ki, media savadlılığı bacarıqlarının erkən yaşlardan formalaşdırılması şagirdlərin informasiyaya münasibətində tənqidi düşüncənin gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, təhsil müəssisələrində bu istiqamətdə həyata keçirilən təşəbbüslər şagirdlərin rəqəmsal mühitdə daha məsuliyyətli və məlumatlı davranış vərdişləri qazanmasına imkan yaradır.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə vurğulayıb ki, təşkil olunan məlumatlandırma sessiyaları və açıq dərslər şagirdlərin media savadlılığı üzrə bilik və bacarıqlarının artırılması, doğru informasiya əldə etmək vərdişlərinin formalaşdırılması, informasiya məkanında təqdim olunan məzmunu müstəqil şəkildə təhlil edə bilmələri baxımından olduqca vacibdir.

TOT təlimlərində iştirak edən müəllimlər, təlimçilər və təhsil ekspertləri isə həyata keçirilən sessiya və açıq dərslərin şagirdlərin məlumatlara daha diqqətli yanaşmasına, mənbələrin qiymətləndirilməsi və faktların yoxlanılması bacarıqlarının inkişafına töhfə verdiyini diqqətə çatdırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Dekabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri