Media: Türkiyədə 2040 cı ilədək tütün məhsullarının satışı qadağan edilə bilər
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ankara, 10 aprel, AZƏRTAC
Türkiyə parlamentinə təqdim ediləcək qanunvericilik dəyişikliklərinə əsasən, 2040-cı il yanvarın 1-dən ölkədə tütün məhsullarının satışı qadağan ediləcək.
AZƏRTAC “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, təşəbbüslər hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndələri tərəfindən Türkiyənin Avropa İttifaqı ilə yaxınlaşma məqsədləri nəzərə alınmaqla Səhiyyə Nazirliyi ilə koordinasiyalı şəkildə hazırlanır.
Qanunvericilikdə dəyişiklik edilərsə, yaxın illərdə Türkiyədə siqaretin pulunu nağd şəkildə ödəmək mümkün olmayacaq.
Məktəbəqədər təhsil müəssisələrinin, ibtidai və orta məktəblərin, universitetlərin, səhiyyə müəssisələrinin, oyun meydançalarının, idman və dini obyektlərin, çimərliklərin yaxınlığında siqaret çəkmək qadağan ediləcək.
Bütün tütün məhsulları elektron məlumat bazasında qeydiyyata alınacaq, habelə 18 yaşdan kiçik şəxslərin siqaretçəkmə zonalarına girişi qadağan ediləcək.
Yetkinlik yaşına çatmayanlara tütün məhsulları satanlar cinayət məsuliyyətinə cəlb olunacaq. Onlara qarşı altı aydan bir ilə qədər həbs cəzası tətbiq olunacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 10 Aprel 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















