Səudiyyə Ərəbistanında ərzaq mağazalarında tütün məhsullarının satışı qadağan olunub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 16 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Təsərrüfatı Nazirliyi Krallığın bütün ərazisində köşklərdə və ərzaq mağazalarında tütün məmulatlarının satışını qadağan edib.
AZƏRTAC “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, bu, nazirliyin biznes mühitinin təşviqi və istehlakçıların müdafiəsi üçün qida təhlükəsizliyi standartlarının yüksəldilməsi səylərinin bir hissəsi kimi təqdim etdiyi ərzaq mağazaları, supermarketlər və hipermarketlər üçün tələblərin yenilənməsinin bir hissəsidir.
Nazirliyin dərc etdiyi tələblərə əsasən, qadağan olunmuş məhsullara Səudiyyə Ərzaq və Dərman İdarəsi tərəfindən lisenziyalaşdırılmış bütün tütün məmulatları daxildir. Bunlara adi və elektron siqaretlər, qəlyan və oxşar tütün məmulatları daxildir. Qablaşdırılmış qida məhsulları, fərdi qulluq vasitələri, yuyucu vasitələr, dezinfeksiyaedici maddələr və əlaqədar məhsulların, həmçinin plastik və kağız məmulatlarının satışı üçün lisenziyası olan ərzaq mağazalarında onların satışı qadağandır.
Nazirlik kiçik köşklərdə tütün məmulatlarının görünməməsi və qapalı yerlərdə saxlanması kimi təsdiq edilmiş standart spesifikasiyaların vacibliyini vurğulayıb. Onları 18 yaşından kiçik və ya Siqaretlə Mübarizə Qanunu ilə müəyyən edilən istənilən müştəriyə satmaq qadağandır. Satıcı alıcıdan onun 18 yaşına çatdığını sübut edən sənəd tələb etmək hüququna malikdir.
Baxış sayı:109
Bu xəbər 16 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















