Icma.az
close
up
RU
“Mediada Azərbaycan dili” mövzusunda təlimlərə start verildi Fotolar

“Mediada Azərbaycan dili” mövzusunda təlimlərə start verildi Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərə başlanılıb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə 50-yə yaxın media nümayəndəsi iştirak edir.

Təlimə ölkənin tanınmış dilçi-alimləri, media üzrə mütəxəssisləri və ustad jurnalistlər cəlb olunublar.

Teleradio Akademiyasının rektoru Almaz Mahmud bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışında, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində jurnalistlər qarşısında qoyduğu məsələlərdən irəli gələrək Teleradio Akademiyası həmin qərarı alıb: “Məqsəd mediada Azərbaycan dilinin qorunması məsələsinə xüsusi diqqət çəkmək, çatışmazlıqları həll etməkdir. Jurnalistika daim təkmilləşməyə ehtiyacı olan bir sahədir və bu baxımdan belə təlimlərin keçirilməsi vacibdir”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli həmin təşəbbüsü yüksək qiymətləndirib. Azərbaycan dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli kimliyimizin əsas dayaqlarından biri olduğunu diqqətə çatdırıb.

Məşhur diktor, Əməkdar artist Nərgiz Cəlilova vurğulayıb ki, Akademiyada dəfələrlə keçirilən təlimlər məhz qeyd olunan boşluqların aradan qaldırılmasına xidmət edir və həmin təşəbbüs yüksək dəyərləndirilməlidir. Nərgiz Cəlilova Azərbaycan dilinin qorunması istiqamətində atılan addımlara görə Teleradio Akademiyasına təşəkkür edib.

“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin sədr müavini Rafiq Həşimov isə Azərbaycan dilinin zənginliyinə diqqət çəkib. Ulu Öndər Heydər Əliyevin uzunmüddətli çıxışlarla auditoriyanı cəlb etmək bacarığını, Prezident İlham Əliyevin də bu ənənəni uğurla davam etdirdiyini xüsusi vurğulayıb. Əlavə edib ki, bu cür görüş və təlimlər media nümayəndələri üçün faydalı olacaq.

“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin sədr müavini İlhamə Hüseynova, Bakı Dövlət Universitetin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, “Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin Xarici əlaqələr şöbəsinin rəhbəri Vüsalə Həbibova təlimdə çıxış edən iştirakçıların hər birinə uğurlar arzulayaraq bildiriblər ki, bu proqram onlar üçün uğurlu və faydalı nəticələrlə yadda qalacaq. Təlim peşəkar inkişaf baxımından iştirakçılara mühüm töhfə verəcək.

Təlim 3 ay davam edəcək. Proqramın sonunda nəticə monitorinqlər vasitəsilə dəqiqləşdiriləcək. Təlim prosesini başa vuranlara sertifikatlar veriləcək.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri